Home / XƏBƏRLƏR  / Dünyanın ən ucuz smartfonu Hindistanda

Dünyanın ən ucuz smartfonu Hindistanda

1 milyard 310 milyon əhalisi olan Hindistan ötən günlərdə dünyanın ən ucuz ağıllı telefonunu təqdim edib. Dünya əhalisi 3.74 dollara (5.80 AZN) ağıllı telefon sahibi ola biləcək. "Apple" və ya "Samsung"un son model cihazlarına yüksək məbləğ

freedom 251

1 milyard 310 milyon əhalisi olan Hindistan ötən günlərdə dünyanın ən ucuz ağıllı telefonunu təqdim edib. Dünya əhalisi 3.74 dollara (5.80 AZN) ağıllı telefon sahibi ola biləcək.

“Apple” və ya “Samsung”un son model cihazlarına yüksək məbləğ ödəmək istəməyənlər üçün “Ringing Bells Pvt. Ltd” adlı şirkət dünyanın ən ucuz ağıllı telefonu olan “Freedom 251″i təqdim edib. 3.74 dollara satılacaq olan cihaz bazardakı nəhəng rəqiblərinin etdiyi bir çox əməliyyatı yerinə yetirir.

Telefon “Android Lollipop” əməliyyat sistemi ilə işləyir və 92 millimetrlik bir ekrana sahibdir. “Facebook”, “WhatsApp” və “YouTube” kimi programlar telefona hazırda yüklənmiş bir şəkildə satılır.

3 MP ön kamera və 3.2 MP arxa kameraya sahib olan Freedom 251, 8GB yaddaşa da sahibdir. Əlavə yaddaş girişinə icazə verən telefon xarici əlavələrlə 32 GB-lıq yaddaşa sahib ola bilər.

Qeyd edək ki, bu telefonu xaricdən alsanız qeydiyyat haqqı əlavə olunduqdan sonra ümumi xərci 100 manat olması mümkündür.(optime.az)

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın