Home / QADINLAR  / Qadınların orqazma çatmamasına səbəb olan 8 faktor

Qadınların orqazma çatmamasına səbəb olan 8 faktor

Seks hamının xoşuna gəlir. Lakin hamı istədiyi kimi ondan həzz ala bilmir. Qadınlar orqazma çox çətin çatırlar və buna səbəb daxili problemlər də olur. Qadınlar niyə orqazm ola bilmirlər? Bunun günahkarı həmişə kişi səriştəsizliyi olmur! Vagina əzələlərinin

best woman

Seks hamının xoşuna gəlir. Lakin hamı istədiyi kimi ondan həzz ala bilmir. Qadınlar orqazma çox çətin çatırlar və buna səbəb daxili problemlər də olur.

Qadınlar niyə orqazm ola bilmirlər? Bunun günahkarı həmişə kişi səriştəsizliyi olmur!

Vagina əzələlərinin zəif tonusu
Belə qadınlarda sürtkü maddələri ifraz edən vəzilər problemli olurlar. Bunun üçün qadınlara xüsusi “Keqel” məşq hərəkəti tövsiyyə olunur.

Ziyanlı vərdişlər
Siqaret, alkoqol, narkotik – bunlar hamısı qadına orqazm yaşamağa imkan vermir. Misal üçün, alkoqol bütün sinir düyünlərini keyləşdirir. Siqaret isə anqedoniya (həzz almaq imkanının sıfıra enməsi) və anorqamiya (orqazm almamaq) xəstəliklərinə gətirib çıxardır. Narkotik isə insanı keyləşdirir.

Xəstəliklər

* hormonal fon pozğunluqları;
* qadın orqanlarının soyuqdəyməsi diskomfort və ağrı ilə müşahidə olunur ki, seks həzzdən çox əziyyətə çevrilir;
* cinsi orqanların anatomik dəyişiklikləri (qalın qızlıq pərdəsi, müxtəlif şişlər, doğuş, keçirilmiş əməliyyatlar).

Bəzi qadınlarda isə klitor gizlidir və üzə çıxmır, nəticədə qadın orqazm ola bilmir.

Dərman preparatlarının qəbulu
Bəzi dərman preparatları həssaslığı azaldır və qadınlar həzz ala bilmirlər. Bura əsasən stresə qarşı olan dərmanlar aid edilir. Belə dərmanlar cinsi hormonların səviyyəsini azaldır.

Qısa ön sevişmə
Əgər kişi ön sevişmə zamanı qadını tam orqazma hazırlaya bilməyibsə, proses zamanı orqazm almaq qadın üçün mümkünsüzdür. Kişilər eqoistlik etməyin.

Qorxu
Bəzi qadınlar seks zamanı həzzdən çox hamilə qalmaq, xəstəlik tutmaq, kişinin xəyanəti, iş problemləri və s. qorxular barədə düşünürlər. Nəticədə seksdən həzz almaq mümkün deyil. Kişi qadını yataqda tam sakitləşdirməyi bacarmalıdır.

Qadının erogen zonalarının bilməməsi
Əgər qadın erogen zonalarını və nədən ehtiraslandığını bilmir isə, orqazm barədə heç düşünməsin.

Sürtkü maddələrinin az olması
Təxminən 40% qadında sürtkü maddələrin ifrazı yetərincə olmur. Bunu aradan qaldırmaq üçün xüsusi sürtkü kremlərindən istifadə etməyi məsləhət görülür. Vagina daha hissiyatlı olacaq və qadın orqazma çata biləcək.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın