Home / QİDA  / Təbii protein: kəsmik

Təbii protein: kəsmik

İnsan orqanizmi üçün çox faydalı bir ağartı məhsuludur. Əgər idman ilə məşğulsunuz isə, kəsmik sizin üçün təbii protein mənbəyi rolunu oynayır. Beləki, kəsmiyin tərkibində zülal, yağ və süd şəkəri ilə yanaşı əvəz olunmayan çoxlu metionin

kəsmik

İnsan orqanizmi üçün çox faydalı bir ağartı məhsuludur. Əgər idman ilə məşğulsunuz isə, kəsmik sizin üçün təbii protein mənbəyi rolunu oynayır. Beləki, kəsmiyin tərkibində zülal, yağ və süd şəkəri ilə yanaşı əvəz olunmayan çoxlu metionin və lizin amin turşuları, kalsium, fosfor, dəmir, maqnezium və s. vardır.

Ortalama göstəricilərə baxsaq 100 qram kəsmikdə 16 qr protein var və bugün sizlərə ev şəraitində kəsmiyin hazırlanma qaydasını təqdim edirik.

2 və ya 3 stəkan kəsmik üçün lazım olanlar: 2 litr (təqribən 8 stəkan) yağlı süd, 2 stəkan qatıq.

Hazırlanma qaydası:

Südü əvvəlcə 2 qat qatlanmış tənzifdən süzün. İçərisində yad cisimlər qalmaması üçün bu vacibdir. Daha sonra südü təmiz qazana qoyun və bişirin. Südü vam odda bişirmək lazımdır. Süd qaynamağa başlayan kimi, qaynayan südə qatıq əlavə edilir və qarışdırılır.

Süd bir neçə dəqiqə qaynadıqdan sonra “kəsilir”, “çürüyür”. Bu zaman hazır olan məhsulumuz mayedən yavaş – yavaş ayrılır və süd bişən qazanda mayenin üst hissəsinə toplanmağa başlayır.

Bu arada təmiz tənzifi iki qat qatlayıb bir süzgəcin içərisinə sərin. Burada kəsmik süzüləcək.

Məhsul tam hazır olub qazanın üzərinə toplandıqdan sonra, içərisinə tənzif sərdiyimiz züzgəcdə süzürük. Bu zaman içərisində kəsmik olan tənzifin kənarlarını birləşdiririk və suyunu süzülməsi üçün bir yerdən asırıq. Burada əllə çox sıxıb əzməməyə diqqət etmək lazımdır.

Hazır olduqdan sonra suyunu çox süzmədən götürürük. Hazır olan məhsulu soyuducuda saxlamaq mümkündür. Soyuducuda ev şəraitində hazırladığımız kəsmik, bir həftə xarab olmadan qala bilər. (1001dad.com)

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın