Home / QADINLAR  / Kişilərin yataqda buraxdıqları səhvlər

Kişilərin yataqda buraxdıqları səhvlər

Hər bir insan səhvlər edir. Bu intim münasibətlərdə də belədir. Kişilərin yataqda buraxdıqları səhvlər barəsində bu yazımızda. Səhv №1. Uzun ön sevişmə. Kim deyir ki, ön sevişmə ancaq yataqda olur. Bunu siz kişilər gün ərzində sözləriniz ilə,

kişilər seksdə

Hər bir insan səhvlər edir. Bu intim münasibətlərdə də belədir. Kişilərin yataqda buraxdıqları səhvlər barəsində bu yazımızda.

Səhv №1. Uzun ön sevişmə.
Kim deyir ki, ön sevişmə ancaq yataqda olur. Bunu siz kişilər gün ərzində sözləriniz ilə, gözlənilməz öpüşləriniz ilə, sataşmaqlarınızla da edə bilərsiniz. Yataqda əksər qadınlar ön sevişməni sevmir. Bu prosesin az hissəsini yatağa saxlayın ki, qadın yataqda “sönməsin”.

Səhv №2. Tələsmək.
Eyni zamanda qadınlar birbaşa yatağa da girmək istəmirlər. “Tələsən təndirə düşər” deyirlər. Qadının üstünə “cumaraq” onda hər hansı bir müsbət hissi yaratmaq mümkün deyil.

Səhv №3. Uşaqlıq.
Uşaqlıq etməyin. Mənasız yerə qadını öz ecaskarlığınız ilə təəccübləndirməyə çalışmayın. Qadınlar sizdə özünə inamın olmadığını və libidonuzun aşağı olduğunu düşünə bilərlər.

Səhv №4. Qadının üstündən düşməmək.
Kişilərin tipik səhvi nə olursa olsun qadının üstündən düşməyərək onu orqazma çatdırmaqdır. Lakin bilin ki, artıq sizin hərəkətlər əzaba dönürsə, qadınlar olmayan orqazmı simulyasiya edə bilərlər. Yaxşı olar ki, kişi qadını hiss etsin və onun necə orqazma çatdığını öyrənsin.

Səhv №5. Zorlama.
Qadını zorla istəmədiyini elətdirmək, kişilərin böyük səhvlərindən biridir. Qadınlar bunu sevmir. Seks həzz gətirməlidir və bu qarşılıqlı olmalıdır.

Səhv №6. Yuxuya getmək.
Qadınlar kişilərin seksdən sonra dərhal yuxuya getmələrini heç bir zaman sevməyiblər. Onlar əlbəttə buna bir-iki dəfə göz yuma bilərlər. Lakin bilin ki, bu sistematik davam edirsə, qadın sizdən yaman acıqlıdır.

Səhv №7. İstifadəçi.
Kişinin ən böyük səhvi yataqda yalnız özünü düşünməsidir. Belə seksdən sonra qadın özünü istifadə edilmiş kimi hiss edir. Qeyd etdiyimiz kimi, hər şey qarşılıqlı olmalıdır.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın