Home / BİZNES  / Məqsədə nail olmaq: “72 saat” qaydası

Məqsədə nail olmaq: “72 saat” qaydası

Məqsədinizi necə və hansı yollarla həyata keçirə biləcəyiniz barədə yeni ideyalar yarandıqda dərhal olaraq onun icrasına başlamalısınız. İnsanların əksəriyyəti yalnızca arzulamağı xoşlayır və onu həyata keçirmək üçün heç bir iş görmür. İnsanların beynində yaranmış və sadəcə

72 saat qaydası

Məqsədinizi necə və hansı yollarla həyata keçirə biləcəyiniz barədə yeni ideyalar yarandıqda dərhal olaraq onun icrasına başlamalısınız. İnsanların əksəriyyəti yalnızca arzulamağı xoşlayır və onu həyata keçirmək üçün heç bir iş görmür.

İnsanların beynində yaranmış və sadəcə olaraq elə oradaca da qalmış “nəhəng ideyalar” mövcuddur. Buna görə də, 72 saat ərzində həmin məqsədin reallaşdırılmasına başlamasanız, o ideyanı artıq zibil qutusuna ata bilərsiniz. Niyə?

Məsələ ondadır ki, insan beyni belə proqramlaşdırılıb. Hər hansı bir ideya insanı həyata keçirmədikdə, beyin bunu anlayır: “Aha, sahibim bu ideyanı bilir, lakin heç bir tədbir görmür. Deməli, bu ideyanın onun üçün heç bir əhəmiyyəti yoxdur!”.

Beləliklə, insan öz ideyasının reallaşdırılmasına qarşı inamını itirir. Buna görə də, arzunuzun reallığına inanmaq istəyirsinizsə, 72 saat ərzində hərəkətə keçməyə başlayın. Bu o demək deyil ki, siz ideyanızı məhz bu zaman ərzində həyata keçirməlisiniz. Siz sadəcə olaraq qeyd edilən zaman ərzində məqsədə doğru ilk addımları atmalısınız. Əks təqdirdə arzunuz elə arzu olaraq da qalacaq.(banker.az)

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın