Home / SAĞLAMLIQ  / Kişi penisinin həyatı

Kişi penisinin həyatı

Sirr deyil ki, yaş artdıqca kişilərin seksual aktivliyi zəyifləyir. Ereksiya və orqazma çatmaq üçün daha çox zaman tələb olunur. İkinci ereksiyanı artıq demirik. Yaş artdıqca spermanın sayı və keyfiyyət xassələri azalır. Erektial disfunksiya və ya impotensiya

kişi penisi

Sirr deyil ki, yaş artdıqca kişilərin seksual aktivliyi zəyifləyir. Ereksiya və orqazma çatmaq üçün daha çox zaman tələb olunur. İkinci ereksiyanı artıq demirik.

Yaş artdıqca spermanın sayı və keyfiyyət xassələri azalır. Erektial disfunksiya və ya impotensiya yaşla birbaşa əlaqəlidir. 40-70 yaş arası yalnız 30% kişidə hər şey “yaxşı” olur.

Həmçinin sidik kisəsi əzələlərinin zəifləməsi və prostatın böyüməsi nəticəsində sidik ifrazında da problemlər yaranır. Bu elə son deyil, penis özü də yaş artdıqca fiziki dəyişikliklərə məruz qalır. Bu proses 30 yaşdan başlayır və insan ömrünün sonuna qədər davam edir.

· Xarici görünüşü

Penisin başı qan dövranın zəifləməsi nəticəsində yetərincə qırmızı olmur. Qasıq nahiyəsində tüklərin azalması müşahidə olunur ki, buna səbəb testosteronun azalması göstərilir.

· Ölçü

Yaş artdıqca penis ölçüləri kiçilir. Buna səbəb qasıq nahiyəsində piy vəzilərinin yığılmasıdır. Həmçinin xayalar da kiçilir. Beləki, 30 yaşlı kişi xayalarının diametri 3 sm təşkil edirsə, 60 yaşında artıq onların diametrləri 2 sm olur.

· Əyrilmə

Kəsiklərin eyni bitişməməsi nəticəsində penis əyilir. Bu Peyroni xəstəliyi adlanır. Peyroni xəstəliyi orta yaşlarda əmələ gəlir. Müalicəsində bəzən cərrahiyə əməliyyatı tələb olunur.

· Həssaslıq

Zamanla həssaslıq azalır. Bu ereksiya və orqazma çatmağı çətinləşdirir.

Lakin ekspertlər deyirlər ki, kişi üçün seksdə ən böyük həzz qadının orqazma çatması olmalıdır. Əgər qadın sizinlə münasibətdən məmnundursa, deməli, sizin seksual sağlamlığınız yerindədir.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın