Home / QİDA  / Səbzi qovurma plovunun hazırlanması

Səbzi qovurma plovunun hazırlanması

Novruz bayramı yaxınlaşır, süfrəmizin şahı plov bütün evlərdə hazırlanacaq. Ümumiyyətlə plovsuz bu bayramı da təsəvvür etmək olmur. Lakin plovun çox yağlı olduğunu hamımız bilirik. Bu səbəbdən sizlərə daha yüngül plov hesab edilə biləcək səbzi qovurma

Səbzi qovurma plovu

Novruz bayramı yaxınlaşır, süfrəmizin şahı plov bütün evlərdə hazırlanacaq. Ümumiyyətlə plovsuz bu bayramı da təsəvvür etmək olmur. Lakin plovun çox yağlı olduğunu hamımız bilirik. Bu səbəbdən sizlərə daha yüngül plov hesab edilə biləcək səbzi qovurma plovunun hazırlanmasını təqdim edirik.

Adətən qoyun ətindən hazırlanan səbzini isə idmanla məşğul olunlar döş əti ilə edə bilərlər. Minerallar ilə zəngin göyərti və proteinli döş əti həm dadlı həm də xeyirli olacaq.

Səbzi qovurma üçün lazım olan ərzaqlar: 330 qram qoyun əti (toyuğun döş əti), 100 qram baş soğan, zeytun yağı, zəfəran, ispanaq, keşniş, kəvər, şüyüd, duz, istiot.

Səbzi qovurma bişirmək üçün əvvəlcə qoyun əti təqribən 25-30 qramlıq tikələrə ayrılır. Götürülən ətin sümüksüz olmasına diqqət yetirmək lazımdır. Doğranılan ət yağda qızardılır.

Baş soğanlar soyulur, doğranılır. Doğranılan soğanlar yağda yüngül qızardılır.

Yağda qızardılan soğanlar qovrulmuş qoyun ətinə əlavə edilir və qarışdırılır. Bundan sonra soğanlı ətə zəfəran şirəsi vurulur və qarışdırılır. Qazanın qapağı örtülür. Xörəyin öz buxarında bişməsi məsləhətdir. Xörək bişənə yaxın, təqribən 5 dəqiqə qalanda, əvvəlcədən kiçik ölçüdə doğradığımız keşniş, kəvər, ispanaq vurulur və qarışdırılır. İstəyə görə başqa göyərti də əlavə etmək mümkündür.

Səbzi qovurma süfrəyə plovla birlikdə verilir. Səbzi qovurma yanında plov adi qaydada hazırlanır.

Plovu hazırlamaq üçün əvvəlcə duyu suda gözlədilir və suyu bir neçə dəfə dəyişdirilir. Bundan sonra düyü temperaturu 60 dərəcə olan duzlu suda gözlədilir.

Bir qazanda su qaynadılır. Yuyulub biraz suda gözlədilən düyünün suyu süzülür və qaynar suya əlavə edilir. Burada düyü bişənə qədər qaynayır. Düyünün əzilməməsinə, dənələrin diri qalmasına diqqət yetirmək lazımdır.

Bişib hazır olan düyünün, suyu süzülür və geniş bir qazanda dəmə qoyulur. Nuş olsun!(1001dad.com)

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın