Home / XƏBƏRLƏR  / Londonda klub açan idmançımız

Londonda klub açan idmançımız

Tanınmış kikboksçu Hafiz Baxşəliyev Londonda “Kafkaz” adında idman klubu açıb. Keçmiş idmançı klubu açmaq məqsədindən danışıb. Müsahibə zamanı bəlli olub ki, dünyanın məğlubiyyətsiz, ən güclü boksçusu adını qazanan Floyd Meyvezerin əlcəkləri Hafizə hədiyyə olunub. Əlcəkləri ona

Hafiz Baxşəliyev

Tanınmış kikboksçu Hafiz Baxşəliyev Londonda “Kafkaz” adında idman klubu açıb. Keçmiş idmançı klubu açmaq məqsədindən danışıb.

Müsahibə zamanı bəlli olub ki, dünyanın məğlubiyyətsiz, ən güclü boksçusu adını qazanan Floyd Meyvezerin əlcəkləri Hafizə hədiyyə olunub. Əlcəkləri ona Pərvin Məmmədov adında dostu verib. Dediyinə görə, Pərvin Məmmədov əlcəkləri məşhur boksçu ilə görüşdə auksionda udub.

Klubu açmaqda məqsəd nə idi? Ümumiyyətlə, bu ideya kimdən gəldi?
– Mən Britaniyaya gəldiyim vaxtdan daimi olaraq buradakı bəzi tələbələrlə idman edirdik. Amma Londonda bizə aid klub açmaq mənim arzum olub. 2016-cı ildə “Kavkaz” klubunu açdıq.

Klubun neçə üzvü var, maraq göstərirlərmi?
– Hal-hazırda 10 nəfər məşq edir. Bəzən çox, bəzən az da olur. Ancaq orta hesabla 10 nəfərdir…

Klub ödənişlidir?
– Məşqimizə gələnlərin heç birindən ödəniş tələb etmirəm. Çünki əksəriyyət tələbədir. İmkanı olan zalın kirayəsi üçün köməklik göstərir.

Bəs Londonda klub açmaq üçün lazımi vəsaiti necə qarşıladınız?
– Klubumuz Londonun mərkəzində yerləşir. Mərkəzdə yer tapmaq çox çətin olduğundan biz başqa zaldan vaxt almışıq. Hələ ki, mən öz şəxsi hesabıma saxlamağa çalışıram. Nə vaxta qədər gücüm çatsa, davam edəcəyik.

Ancaq kikboks üçündür, ya ümumi idman klubudur?
– İndi ancaq boks və kikboks üçün…

Bəs klub sırf azərbaycanlılar üçün nəzərdə tutulub, ya hamı gələ bilər?
– Əslində bu klubu açmaqda məqsədim azərbaycanlıları bir yerə yığıb bir-birimizlə sıx ünsiyyətdə olmaqdır. Həmçinin sağlam həyat yaşamaq üçün…

Başqa millətdən müraciət edənlər necə? “Kafkaz” adına görə digər qafqazlılar da gələ bilər.
– Öncə də dediyim kimi, əslində məqsəd azərbaycanlıları bir araya toplamaq idi. Amma hazırda bizə qoşulmaq istəyən Gürcüstan və Türkiyə vətəndaşı da var.

Birdən ermənilərdən idmanla məşğul olmaq istəyən olsa?
– Ermənilərə giriş qadağandır. Biz düşmənlə yan-yana durmarıq.

Necə oldu ki, Londona getdiniz?
– 2009-cu ildə Britaniyaya gəldim və Kardiff şəhərində “Eagles” idman klubunda məşq etməyə başladım. Burada bir çox döyüşlərim oldu. “K-1” qaydaları üzrə peşəkarlar arasında Britaniya çempionu adını qazandım.Hazırda isə burada işləyirəm. İdmandan kənar da bir sahədə fəaliyyət göstərirəm.

Qeyd: Hafiz Baxşəliyev Azərbaycan kikboks yığma komandasının üzvü olub. Beynəlxalq yarışlarda ölkəmizi təmsil edib.(publika.az)

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın