Home / QİDA  / Köpüklü türk qəhvəsinin hazırlanması

Köpüklü türk qəhvəsinin hazırlanması

Türk qəhvəsi yalnız Türklər tərəfindən hazırlanan, özünəməxsus bişirmə və təqdim etmə şəkli olan qəhvə növüdür. Türk qəhvəsi Qanuni Sultan Süleyman dövründə, 1543-cü ildə Həbəşistandan (Efiopiya) İstanbula gətirilmiş və zamanla Osmanlılardan Avropaya keçmişdir. Avropada qəhvə uzun müddət

türk qəhvəsinin hazırlanması

Türk qəhvəsi yalnız Türklər tərəfindən hazırlanan, özünəməxsus bişirmə və təqdim etmə şəkli olan qəhvə növüdür. Türk qəhvəsi Qanuni Sultan Süleyman dövründə, 1543-cü ildə Həbəşistandan (Efiopiya) İstanbula gətirilmiş və zamanla Osmanlılardan Avropaya keçmişdir.

Avropada qəhvə uzun müddət “Türk qəhvəsi” olaraq təqdim edilmişdir. O dövrdə açılan qəhvəxanalar sayəsində Türk xalqı qəhvə ilə tanış olmuşdur.

Köpüklü Türk Qəhvəsinin hazırlanma qaydası. Qeyd edək ki, türk qəhvəsi cezvədə bişirilir.

Lazımdır: qəhvə, şəkər tozu, su

Hazırlanması:
Cezvənin içərisinə hər fincan qəhvə üçün bir fincan su, 1 çay qaşığı qəhvə və 1 çay qaşığı şeker tozu əlavə edin. Yaxşıca qarışdırın və vam odda cezvəni qaynamaq dərəcəsinə çatdırın. Qəhvəni bişirən zaman qarışdırmaq olmaz. Üstdə köpük yaranan kimi köpüyü fincanlara süzün və qalan qəhvəni yenidən qaynamağa qoyun. Qaynadıqdan sonra fincanları doldurun.

Köpüklü qəhvə hazırlamaq üçün bunlara diqqət etməlisiniz:

– Əgər vaxtınız varsa, yaxşı olar ki, qəhvəni özünüz üyüdəsiniz. Təzə qovrulmuş və üyüdülmüş qəhvə daha uğurlu nəticə verə bilər;

– Əgər artıq qovrulmuş və üyüdülmüş qəhvədən istifadə edirsiniz isə, sınanmış marka və təzə məhsul əldə edin. Qəhvəni götürdüyünüz qaşığın tam quru olmasına diqqət yetirin. Uzun müddət istifadə olunmayan qəhvədən istifadə etməyin;

– Mütləq şəkildə təmiz və soyuq içməli sudan istifadə edin. Qaynadılmamış sudan istifadə etsəniz qəhvəniz xlor dadı verə bilər;

– Qəhvəni qızıdırıb içmək olmaz. Ən çoxu yarım saata qəhvə bütün xeyirli xassələrini itirir.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın