Home / SAĞLAMLIQ  / Penisin protezləşdirilməsi

Penisin protezləşdirilməsi

Əgər erektil disfunksiya (impotensiya) digər müalicə üsulları ilə effekt verməzsə, onda son çarə penis protezləridir. Penis protezləri penisin (kişi cinsiyyət orqanı) içərisinə yerləşdirilən silikondan ibarət paçalardır. Penis üzərindən aparılan kəsikdən girilərək hər iki tərəfə protez yerləşdirilir.

penis protezi

Əgər erektil disfunksiya (impotensiya) digər müalicə üsulları ilə effekt verməzsə, onda son çarə penis protezləridir. Penis protezləri penisin (kişi cinsiyyət orqanı) içərisinə yerləşdirilən silikondan ibarət paçalardır.

Penis üzərindən aparılan kəsikdən girilərək hər iki tərəfə protez yerləşdirilir. Kənardan baxıldığında protezin olduğu görülmür.

Penis protezinin (Penil Protez) faydaları nələrdir?

* Erektil disfunksiya (Sərtləşmə) problemini kökündən həll edir;
* Lazım olan halda istənilən yaşda istifadə bilir;
* Ümumi vəziyyəti cinsi əlaqə üçün uyğun olan istənilən xəstəyə qoyulması mümkündür;
* Kənardan görünmür;
* Ömür boyu istifadə olunur;
* Xəstə orqazm (boşala bilir) ola bilir.

Penis protezi kimlərə qoyulur?

Penis protezləri, erektil disfunksiyası (cinsi orqanı yaxşı bərkiməyən) olan kişilərdə digər müalicə üsulları effekt vermədiyi hallarda qoyulur. Penis protezi qoyulmuş xəstələrin cinsi həyatlarında heç bir şəkildə sərtləşmə (bərkimə) problemi olmayacaq və yaşlandıqda da eyni performansda cinsi həyatlarını davam etdirə biləcəklər.

Spermanın boşalması:

Cinsi əlaqə zamanı orqazm və spermanın boşalması normal halda olur və kişi rahat boşala bilir. Xəstələr həm təbii olaraq zövq alırlar, həm də spermanın boşalması əvvəlki şəkildə davam edir. İstərsə uşağı da ola bilir.

Penis protezini qadınlar necə qarşılayır?

Əməliyatla penis içinə yerləşdirilən protez daxildə olduğu üçün kənardan qətiyyən hiss olunmur və qadın bunu əsla hiss etmir. Kişi çətinlik çəkmədən, heç bir hazırlıq görmədən istədiyi zaman onu istifadə edərək cinsi əlaqəyə girə bilir.

Penis protezi müalicəsindən sonra xəstələr hər zaman gənclik vaxtlarındakı sərtləşməyə sahib olurlar, özlərini 20 yaşlarında olduğu kimi hiss edirlər, cinsi əlaqə vaxtı sərtləşmə (bərkimə) olacaq-olmayacaq narahatçılığından uzaq olurlar. Bu vəziyyətdə istədikləri vaxt, istənilən yerdə cinsi əlaqəyə girərək özlərini tam rahat hiss edəcəklər.

Penis protezlərinin hansı növləri vardır?

İki növ protez mövcuddur:

* Büküləbilən protezlər;
* Şişiriləbilən protezlər.

Şişirilebilən protezlər iki və ya üç parçalı olurlar.

Şişiriləbilən protezlər yumuşaq halda olarkən incə toxunmaqla bir neçə saniyə içində sərtləşir.

Büküləbilən protezlər:

Ortasından tel keçirir. Bunun köməyi ilə yuxarı və ya aşağı bükülə bilir. İstifadəsi son dərəcə asandır.

bükülən penis protezi

Üç parçalı şişiriləbilən (pompalı) protezlər:

pompalı penis potezi

Bu növ protezlər adlarından göründüyü kimi 3 hissədən ibarət olurlar. İçi su ilə dolu olan depo hissəsi, şişirməni həyata keçirən pompası (düyməsi) və penisin içərisinə yerləşdirilən borulardan ibarət olurlar. Protezlər penisin boyuna təsir etmirlər.

Hal-hazırda penis protezi əməliyatları dünyada çox geniş şəkildə, yüksək müvəffəqiyyətlə həyata keçirilməkdədir. Qadınların 95%-nin bundan məmnun olması bu əməliyatların əhatəsini daha da genişləndirmişdir. Amerikada penis protezi əməliyatları andrologiya sahəsində olunan əməliyatlar arasında ilk sıradadır.

Penis protezi əməliyatı necə olur?

* Protez, bir əməliyatla, penisin içinə yerleşdirilir;
* Əməliyatdan 4-6 həftə sonra istifadə olunur;
* Əməliyatın müddəti istifadə olunacaq protezin növünə görə dəyişir, normal şərtlərdə 40-120 dəq olur;
* Protezlər, silikon deyil və allergik reaksiya vermirlər;
* Penis protezlərinin, hər bir xəstənin penisinin uzunluğuna uyğun ölçüləri vardır.

Penis protezleri son amma dəqiq bir çarədir. Protezdən sonra hər hansı bir müalicəyə ehtiyac qalmır, ömür boyu güvənli şəkildə istifadə olunur. İstehsalçı firmalar tərəfindən ömürlük zəmanət verilir.

Nəticə: Erektil disfunksiya (impotensiya) olduqda mütləq bu sahədə təcrübəsi olan həkim uroloq-androloq ilə məsləhətləşmək lazımdır. Əslində bu narahatçılığın hədsiz çox yayıldığını və utanılacaq bir hal olmadığını bilmək lazımdır. Hər bir növ erektil disfunksiya (impotensiya) zamanı mümkün müalicələr vardır və istifadə olunmaqdadır.(draraz.com)

Uroloq Androloq Uzm Dr Araz Bayramov

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın