Home / XƏBƏRLƏR  / Dünya neylon torbalarla mübarizə aparır

Dünya neylon torbalarla mübarizə aparır

Bizdə bol-bol istifadə olunan, hara gəldi atılan, hər yerdə pulsuz verilən, külək olanda havada uçuşan bu neylon torbalara qarşı bəzi ölkələrdə mubarizə aparildığını bilirdiz? Çünki bu neylon torbalar ekoloji cəhətdən çox zərərlidirlər. Bəzi maraqlı faktlar: - Almaniyada bu

neylon torbalar

Bizdə bol-bol istifadə olunan, hara gəldi atılan, hər yerdə pulsuz verilən, külək olanda havada uçuşan bu neylon torbalara qarşı bəzi ölkələrdə mubarizə aparildığını bilirdiz?

Çünki bu neylon torbalar ekoloji cəhətdən çox zərərlidirlər.

Bəzi maraqlı faktlar:

– Almaniyada bu torbalar qadağan deyil, lakin marketlərdə pulla satılır. Bir ədədi 10 sentdən başlayır. Ona görə almanların çoxu özləri ilə parça torbalar, ya da araba tipli çantalar gətirirlər. Ama balaca türk mağazaları çox vaxt pulsuz verirlər. Bir də marketlərdə tərəvəz bölməsində balaca neylonlar pulsuz olur. Ama yeni gərara görə aprelin 1-dən 60 faiz neylon torbalar pullu olub.

– İtaliyada 2011-ci ildən neylonlar ümumiyyətlə qadağandır. Marketlerdə kağız torbalar satılır – 15 sent. Hamı özü ilə torba gətirir. Qaydalara əməl etmeyib neylon istifadə edən müəssisələr 25 min avro cərimələnir.

– Fransada da ötən ildən qadağandır neylonlar. Meyvı tərəvəz bölməsində qalır sadəcə, 2017-ci ilə kimi o da qadağan ediləcək.

– İngiltərədə təzə başlayıblar. Böyük marketlərdə pulludu torbalar, lakin ucuzdu. Balaca dükanlarda pulsuzdu.

– Norveçdə də pulludur, lakin heç kimin vecinə deyil, hami alır.

– ABŞ-ın yarısında pulludur, yarısında pulsuzdu.

– Çin də 2008-ci ildən pulludur. Ama ucuzdur: 2-3 sent. Qanuna əməl etməyən müəssisələr cərimələnir.

Statistikaya görə hansı ölkələrdə pullu olub, orada neylonların istifadəsi kəskin şəkildə azalıb.

Elmin Həsənli

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın