Home / İDMAN  / Şvartsenegger bisepslərinə malik olmanın 6 üsulu

Şvartsenegger bisepslərinə malik olmanın 6 üsulu

Gəlin Arnold Şvartseneggerin belə həcmli bisepslərə necə malik ola bildiyini öyrənək. Biseps iki əzələ başlığından ibarətdir - qısa və uzun. Arnold bunu bilirdi və buna diqqət yetirirdi. Siz də bunu etməlisiniz. Tutuş seçimi Enli tutuş zamanı güc

şvartsenegger

Gəlin Arnold Şvartseneggerin belə həcmli bisepslərə necə malik ola bildiyini öyrənək. Biseps iki əzələ başlığından ibarətdir – qısa və uzun. Arnold bunu bilirdi və buna diqqət yetirirdi. Siz də bunu etməlisiniz.

Tutuş seçimi

Enli tutuş zamanı güc qısa başlı biseps əzələlərinə düşdüyü kimi, dar tutuş zamanı uzun biseps əzələ başlıqlarına daha çox güc düşür. Bu enlikləri daim sıra ilə edin.

Gərginlik

Ştanqanın bisepsə qaldırılması zamanı ən çox gərginlik əzələyə dirsək qatlanmasından 80-100 dərəcə bucaqda düşür. Buna nəzarət edin və bisepsinizi maksimal gərginliyə salın.

Texnika

Dirsəklərinizin qalxmasına icazə verməyin. Onları bədəninizə yaxın tutun. Əks halda çiyin əzələləri gücün yarısını alacaqlar.

İlkin vəziyyət

Çiyinlərinizi qabağa aparmayın, əksinə sinənizi qabağa verin, kürəyinizi yığın. Qarın əzələlərinizi gərgin saxlayın.

İnersiyaya yol verməyin

Ştanqanı asta qaldırın və asta aşağı salın. Bunu edərkən heç bir artıq hərəkət etməyin. Bu zaman bisepslərinizə maksimum güc düşəcək. Əzələ stres keçirirəcək ki, nəticədə böyüməsi stimullaşacaq.

Növbələmək

Təkrarları hər həftə dəyişin. Misal, birinci həftədə yanaşmada 5-7 təkrar edirsiniz isə, gələn həftə təkrarların sayını 10-20-ə qaldırın.

Biseps məşqi üçün qısa proqram:

Ştanqanın bisepsə qaldırılması — 3-5 yanaşma 15 təkrar ilə. İstirahət — 60 saniyə.
Qantellər ilə “çəkiç” məşqi — 3-10 yanaşma 20 təkrar ilə. İstirahət — 60 saniyə.
Əyri oturacaqda (skamya) qantellərin bisepsə qaldırılması — 3-7 yanaşma 14 təkrar ilə. İstirahət — 60 saniyə.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın