Home / SAĞLAMLIQ  / Səsin batması və bunun çarəsi

Səsin batması və bunun çarəsi

Səsin batmasının səbəbi boğaz və udlaq iltihabı (əsasən laringit), qışqırıq və ya uzunsürən danışıq ola bilər. Bu pozulma tez-tez müəllimlərdə, diktorlarda, aktyorlarda, müğənnilərdə inkişaf edir. Bunun səbəbi səs tellərinin həddindən artıq yüklənməsidir. Bəzən insanın səsi güclü

səsin batması

Səsin batmasının səbəbi boğaz və udlaq iltihabı (əsasən laringit), qışqırıq və ya uzunsürən danışıq ola bilər. Bu pozulma tez-tez müəllimlərdə, diktorlarda, aktyorlarda, müğənnilərdə inkişaf edir. Bunun səbəbi səs tellərinin həddindən artıq yüklənməsidir.

Bəzən insanın səsi güclü stress nəticəsində də tutula bilər. Əgər səsiniz səbəbsiz olaraq, qəfildən tutulub və ya dəyişilibsə, buna ciddi fikir verin. Bu boğazda olan bədxassəli şişin və ya polipin simptomu ola bilər. Dərhal LOR həkiminə müraciət edin.

Səsin batması zamanı nə etmək lazımdır?

– Həkimlərin ilk tövsiyəsi susmaqdır. Səs tellərinə istirahət vermək lazımdır. Bəzən səsi tutulan insan pıçıltıya keçir. Lakin pıçıltı zamanı səs tellərimiz güclü qışqırıq zamanı olduğu kimi yüklənir və bu da xəstənin vəziyyətini daha da ağırlaşdırır, səsin bərpa olunmasını ləngidir.

– Səsin tutulmasının səbəbi boğaz və ya udlağın iltihabı olarsa, həkimə müraciət edib lazım olan müalicə alın.

– Qəbul etdiyiniz qidalar soyuq və ya çox isti olmamalıdır. Yumşaq, duru qidaları qəbul edin, qidalara ədviyyatları əlavə etməyin.

Xalq təbabətində səsin batması üçün müxtəlif vasitələrdən istifadə olunur:

Axşam yatmazdan əvvəl 1 stəkan isti südə 1 çay qaşığı kərə yağı və 1 çay qaşığı bal əlavə edin, yağ əriyənə qədər yaxşı qarışdırın və için. Bu müalicəvi qarışıq boğaz ağrısını azaldır, boğazı yumuşaldır.

Kiçik termosa 2 ədəd mixək qoyun və üzərinə 1 stəkan qaynar su tökün. 30 dəqiqədən sonra suyu fincana tökün, soyudun və 1 çay qaşığı bal əlavə edib için. Su ilıq olmalıdır. İsti su boğazı daha da qıcıqlandıracaq.

Gündə bir neçə dəfə boğazınızı çobanyastığı, kalendula, adaçayı dəmləməsi ilə qarqara edin. 1 xörək qaşığı quru otu 1 stəkan qaynar suda 15 dəqiqə ərzində dəmləyin, süzün və ilıq halda qarqara edin.

Yatmazdan əvvəl boğazınıza az miqdarda kamfora yağı çəkin və isti yun şərflə bağlayın.

Enli ləyənə isti su töküb 2-3 damcı evkalipt və ya nanə efir yağını əlavə edin və suyun buxarından nəfəs alın. Su çox isti, qaynar olmamaldır.

Yatmazdan əvvəl ayaqlarınıza xardal əlavə olunmuş isti vanna edin və isti yun corab geyinin.(saglamolun.az)

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın