Home / GÖRKƏM  / Qol saatı: kişidə onlar nə qədər olmalıdır

Qol saatı: kişidə onlar nə qədər olmalıdır

Kişidə saatların sayı əsasən onun maddi vəziyyəti ilə birbaşa əlaqəlidir. Əgər sizdə bu vəziyyət normaldırsa, onda aşağıdakı yazını oxuyaraq, saat kolleksiyanızı düzgün qura bilərsiniz. 1. Kostüm saatları Adətən bu yumru, nazik, ağ siferblat, artıq detallarsız saatlardır. Belə

kişi saatlarının növləri

Kişidə saatların sayı əsasən onun maddi vəziyyəti ilə birbaşa əlaqəlidir. Əgər sizdə bu vəziyyət normaldırsa, onda aşağıdakı yazını oxuyaraq, saat kolleksiyanızı düzgün qura bilərsiniz.

1. Kostüm saatları

Adətən bu yumru, nazik, ağ siferblat, artıq detallarsız saatlardır. Belə saatlar isə ən yaxşı dəri kəmər üzərində görsənirlər.

2. İdman saatları

Kostüm saatının tam əksidir. Böyük, su keçirməyən korpuslu, rezin kəmərli, xronoqraflı, fırlanan çərçivəli, böyük düyməli və yaxşı olar ki, batareyalı saat.

3. Gündəlik saatlar

Əsasən möhkəm və idman saatına oxşamayan olmalıdır. Eyni zamanda dəbdəbəli olmalı, lakin kostüm saatına bənzəməməlidir.

4. Göstərişli saatlar

Onları diqqət cəlb etmək istədiyiniz zaman taxa bilərsiniz. Lakin bu saatlar həqiqətən bahalı və ən seçilmiş markalardan olmalıdırlar. Əlbəttə ki, burada seçim edərkən ən optimal saat seçməyiniz məsləhətdir. Yəni marka bahalı olsa da, saat çox “gözəgirən” olmamalıdır.

Saatları düzgün seçin

1. Saatın ölçüsü biləyinizin ölçüsünə uyğun olmalıdır. Yəni saat özü biləkdən kənara çımamalıdır. Nazik biləkli kişilər böyük saatlar taxmamalıdır.

2. Dəmir qolbaqlı saatlar çətin də olsa biləkdə fırlanmalıdırlar. Dəri kəmərli saatlar isə biləkdə tam oturmalıdır.

3. Dəri kəmərin rəngi bir qayda olaraq, şalvar kəməri və ayaqqabı rənginə uyğun olmalıdır. Dəyişik kəmərli (qara və qəhvəyi) saat əldə etsəniz məsələ həll olunmuş olacaq.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın