Home / İDMAN  / Rövşən Xəlilovdan məşq proqramı

Rövşən Xəlilovdan məşq proqramı

Mas-Wrestling və powerlifting üzrə 17 qat Azərbaycan çempionu, powerlifting üzrə Avropa çempionu, Azərbaycan rekordçusu Rövşən Xəlilov saytımızın oxuyucuları ilə məşq proqramını bölüşüb. 26 yaşlı Rövşən Xəlilov qeyd edir ki, təqdim etdiyi bu məşq proqramı yeni başlayanlar

Rövşən Xəlilov

Mas-Wrestling və powerlifting üzrə 17 qat Azərbaycan çempionu, powerlifting üzrə Avropa çempionu, Azərbaycan rekordçusu Rövşən Xəlilov saytımızın oxuyucuları ilə məşq proqramını bölüşüb.

26 yaşlı Rövşən Xəlilov qeyd edir ki, təqdim etdiyi bu məşq proqramı yeni başlayanlar üçün deyil. Bu “quruma” proqramıdır və bu proqram illərlə məşq edənlərin əzələlərini daha qabarıq göstərmək üçün nəzərdə tutulur. Proqramda hər əzələ qrupu üçün məşqlər təqdim edilib.

Sinə
1. Uzanaraq ştanqa ilə jim – 4 yanaşma 12 təkrar;
2. Uzanaraq qantellər ilə jim – 4 yanaşma 12 təkrar;
3. Mayili oturacaqda qantellər ilə jim – 3 yanaşma 12 təkrar;
4. Qantellər ilə uzanaraq qolların yana açılması – 3 yanaşma 12 təkrar;
5. Pullover (qantelin uzanaraq başın üzərindən arxaya aparılması) – 3 yanaşma 15 təkrar.

Biseps
1. Ştanqanın qolun qabağına qaldırılması – 4 yanaşma 12 təkrar;
2. Skot oturacağında qantellər ilə məşq – 4 yanaşma 12 təkrar;
3. Qantellərin qolun qabağına qaldırılması – 3 yanaşma 15 təkrar.

Çiyin
1. Ştanqa ilə oturaraq başın arxasına jim – 4 yanaşma 12 təkrar;
2. Qantellər ilə oturaraq qabağa jim – 4 yanaşma 12 təkrar;
3. Qantellər ilə oturaraq jim – 4 yanaşma 12 təkrar;
4. Qolların qantellər ilə yana açılması – 4 yanaşma 12 təkrar;
5. Ştanqanın çənənin altına qaldırılması – 3 yanaşma 15 təkrar;
6. Qantellər ilə trapesə işləmək – 3 yanaşma 20 təkrar.

Rövşən Xəlilov

Triseps
1. Blokda qolun arxasına məşq – 4 yanaşma 12 təkrar;
2. Fransız jimi – 4 yanaşma 12 təkrar;
3. Qantelin başın arxasına aparmaq – 3 yanaşma 15 təkrar.

Kürək
1. Turnikdə dartınma – 4 yanaşma 12 təkrar;
2. Ştanqanın yerdən qaldırılması – 4 yanaşma 12 təkrar;
3. Blokda qarına dartma – 4 yanaşma 12 təkrar;
4. Qantellərin paralel olaraq kürəyə qaldırılması – 4 yanaşma 12 təkrar;
5. Blokda dartma hərəkəti – 3 yanaşma 15 təkrar.

Ayaq
1. Trenajorda ayaqların açılıb-bağlanması – 4 yanaşma 15 təkrar;
2. Çömbəlmə – 4 yanaşma 12 təkrar;
3. Trenajorda ayaqların arxaya qatlanması – 4 yanaşma 12 təkrar;
4. Qantellər ilə addım – 4 yanaşma 12 təkrar.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın