Home / XƏBƏRLƏR  / İdmançılarımız Tbilisidən kubokla geri dönüblər

İdmançılarımız Tbilisidən kubokla geri dönüblər

Gürcüstanın paytaxtı Tbilisidə, Azərbaycan idmançılarının da iştirakı ilə Qafqaz ölkələri arasında GPA/IPO Open Caucasus Cup 2016 turniri keçirilib. Azərbaycanı təmsil edən Rövşən xəlilov, Namiq Mehdiyev və Səbuhi Pirimov medal və kuboklarla vətənə qayıdıblar. 67 kq çəki

rövşən xəlilov

Gürcüstanın paytaxtı Tbilisidə, Azərbaycan idmançılarının da iştirakı ilə Qafqaz ölkələri arasında GPA/IPO Open Caucasus Cup 2016 turniri keçirilib. Azərbaycanı təmsil edən Rövşən xəlilov, Namiq Mehdiyev və Səbuhi Pirimov medal və kuboklarla vətənə qayıdıblar.

67 kq çəki dərəcəsində çıxış edən Rövşən Xəlilov Powerlifting yarışlarının bütün növlərində: sinədən qaldırmada 200 kq, yerdən qaldırmada 225 kq nəticə ilə birinci olub. Xəlilov həmçinin bu hərəkətlərdə mütləq çempion olaraq, kuboklarla təltif olunub.

82 kq çəki dərəcəsində çıxış edən Namiq Mehdiyev də Powerlifting yarışının bütün növlərində rəqiblərində üstün olmağı bacarıb. Mehdiyev 3 hərəkətin yekununa görə mütləq çempion olub və iki kubokla təltif olunub.

rovsen xelilov_namiq mehdiyev

100 kq çəki dərəcəsində çıxış edən Səbuhi Pirimov isə yarışda zədə alıb. Lakin buna baxmayaraq sinədən qaldırma növündə üçüncü yerə layiq görülüb.

rovsen xelilov_sebuhi pirimov

Nəticədə aşağıdakı medal və kuboklar qazanılmışdır:

* Rövşən Xəlilov – 4 qızıl medal, 2 mütləq çempionluq kuboku;
* Namiq Mehdiyev – 4 qızıl medal, 2 mütləq çempionluq kuboku;
* Səbuhi Pirimov – 1 bürünc medal.

Qeyd edək ki, Rövşən Xəlilov və Səbuhi Pirimov Bakı şəhərinin idman zallarında fəaliyyət göstərən tanınmış məşqçilərdir.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın