Home / QİDA  / Suyu bir neçə dəfə qaynatmaq TƏHLÜKƏLİDİR

Suyu bir neçə dəfə qaynatmaq TƏHLÜKƏLİDİR

Əksər hallarda çayniki qızmağa qoyduğumuzda onu unuduruq və çaynikdəki su ikinci, üçüncü və s. dəfə təkrar qaynayır. Lakin su təkrar qaynayanda nələrin baş verdiyini bilirsinizmi? Su qaynadığı zaman onun tərkibi dəyişir. Bu zaman zərərli buxarlanan maddələr

qaynayan su

Əksər hallarda çayniki qızmağa qoyduğumuzda onu unuduruq və çaynikdəki su ikinci, üçüncü və s. dəfə təkrar qaynayır. Lakin su təkrar qaynayanda nələrin baş verdiyini bilirsinizmi?

Su qaynadığı zaman onun tərkibi dəyişir. Bu zaman zərərli buxarlanan maddələr sudan çıxır və buna görə də qaynadılmış su sağlam hesab edilir. Lakin əgər su artıq bir neçə dəfə qaynadılırsa onun tərkibi əks istiqamətdə dəyişir. Artıq bu suda təhlükəli maddələr yaranmağa başlayır. Bura aiddir arsen (мышьяк), nitrat, ftor.

1. Arsen

Ümumdünya Sağlamlıq Təşkilatı suda ola biləcək arsen miqdarına görə suyu insan həyatı üçün təhlükəli hesab edir. Beləki, suda olan arsen insan orqanizminə mənfi təsir göstərərək, növbəti xəstəliklərə yol aça bilər: şəkər xəstəliyi, mədə-bağırsaq pozğunluqları, əsəb, ürək-damar xəstəlikləri, böyrək çatışmamazlığı, dəri xəstəlikləri və hətta xərçəng.

2. Nitrat

Təbii ki, nitratlar bütün planetimizdə var: torpaqda, suda və havada. Lakin nitrat yüksək temperatur altında çox saxlanıldıqda zəhərli maddəyə çevrilir. Onlar kanseroqen maddələrə çevrilirlər. Demək olar ki, bütün xərçəng xəstəliklərinə yol aça bilirlər.

3. Ftor

Ftorun insan orqanizminə təsiri və onun suda mövcudluğu barədə çoxlu araşdırmalar aparılmışdır. Lakin fakt fakt olaraq qalır: suyun tərkibindəki ftor sizin orqanizminizə təhlükədir.

Harvard Universitetinin 22 il ərzində apardığı 27 araşdırma göstərir ki, suyun tərkibindəki ftor uşaqlarda zehni inkişafı zəiflədir.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın