Kişi alt paltarı
Kişinin seksual həyatı və özünə inamı alt paltarından da asılıdır. Hansı alt paltarları sağlamlıq üçün yaxşıdı və qadınlar hansıları sevirlər? Alt paltarının rəngi Qadınlar hər zaman ağ alt paltarı sevmirlər. Ağ rəng vizual olaraq sizin ölçülərinizi böyük
Kişinin seksual həyatı və özünə inamı alt paltarından da asılıdır. Hansı alt paltarları sağlamlıq üçün yaxşıdı və qadınlar hansıları sevirlər?
Alt paltarının rəngi
Qadınlar hər zaman ağ alt paltarı sevmirlər. Ağ rəng vizual olaraq sizin ölçülərinizi böyük göstərir. Bəzi kişilər yazılı alt paltarları geyinirlər. Belə alt paltarları qadınlar qeyri-ciddi qəbul edirlər. Kişi alt paltarı gülməli deyil, ciddi və ehtiraslı olmalıdır. Qadınlar daha sakit rəngli kişi alt paltarlarını sevirlər.
Alt paltarının formaları
Boks, şort kimi alt paltarlar çox istifadə olunanlardır və qadınlar arasında populyardır. Bu alt paltarlar həm sağlam həm də seksual olurlar. Bu formada olan alt paltarlar əksər kişilərin əynində yaxşı oturur.
Alt paltarsız kişi
Bu kişinin ekstrim və yeni hissləri sevdiyinin göstəricisidir. Belə kişilər daimi olmurlar, onlar daim axtarışdadırlar. Gigiyenik baxımdan isə alt paltarsız gəzmək müsbət hal deyil.
Digər formalar
Ailə alt paltarı adlanan şortlar olduqca sağlamdırlar. Onlar müasir kişilər arasında yayılmış olmasalar da, keçmişdə ən çox istifadə olunanlardır.
Erotik alt paltarı sevənlər strinq seçirlər. Çox da rahat olmayan bu alt paltarı yataqda qadını sevindirə bilər. Ən azından xoş təsadüf olacaq.
Kişi alt paltarı seçən zaman əsas onun sağlamlığa necə təsir edəcəyini düşünməlidir. Gəlin razılaşaq ki, əgər alt paltarda gizlətdiyiniz sağlam funksiya göstərməsə, alt paltarın da bir mənası qalmır.