Home / SAĞLAMLIQ  / ZOB: müalicəsində xalq təbabəti

ZOB: müalicəsində xalq təbabəti

Zob xəstəliyi Azərbaycanda geniş yayılmış bir xəstəlikdir. Ərazilərimiz daha çox dağ çayları ilə qidalandığından endemik olaraq bizdə geniş yayılmışdır. Zob xəstəliyi varsa ilk növbədə xəstəliyi sənədləşdirmək lazımdır. Bu nə deməkdir? Əvvəlcə qandan analiz verib, T3, T4,

zob xəstəliyi

Zob xəstəliyi Azərbaycanda geniş yayılmış bir xəstəlikdir. Ərazilərimiz daha çox dağ çayları ilə qidalandığından endemik olaraq bizdə geniş yayılmışdır. Zob xəstəliyi varsa ilk növbədə xəstəliyi sənədləşdirmək lazımdır. Bu nə deməkdir?

Əvvəlcə qandan analiz verib, T3, T4, TSH və Anti TPO hormonlarının miqdarını bilmək və sonra müalicəyə başlamaq lazımdır. Əgər qanda T3 və T4 artıbsa, TSH azalıbsa, deməli sizdə qalxanabənzər vəzi həddindən artıq çalışır. Əgər T3, T4 azalıbsa onda mütləq TSH artacaq, çünki T3 və T4 qanda miqdarı göstərir. TSH isə hipofiz vəzidə nəzarəti göstərir, ona görə bir-birləri ilə tərs mütənasibdir, cavab belədirsə sizdə qalxanabənzər vəzi zəif çalışır.

Qanda Anti TPO miqdarı qalxıbsa onda sizə autoimmun problemi var, bu nə deməkdir? Bədənimiz qalxanabənzər vəzini yad bilir və ona cəbhə yaradır sonda Anti TPO səviyyəsi qalxmağa başlayır.

Bütün bu analizlər olmadan müalicə etdirmək çox qorxulu ola bilər. İstər dərmanlarla olsun, istərsə də bitkilərlə. Məsələn qanda Anti TPO səviyyəsi qalxıbsa, o zaman tərkibində yod olan bitkilərdən istifadə etmək olmaz, bu zaman bədən müqavimətini artıran, immunstimullaşdırıcı təsir göstərən dərman bitkilərindən istifadə etmək lazımdır:

Zəncəfil – 50 qram

Ud hindi – 50 qram

Qarazirə – 50 qram

Qatırquyruğu – 50 qram

Novruz şaxtagül kökü – 20 qram

Çiçək tozu – 50 qram

Bal – 1.5 kiloqram

Bitkilər toz formasına salınmalı, bal ilə yaxşı qarışdırmalı, məcun hazırlanmalıdır. Məcundan gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı yemək lazımdır.

Bədəndə yodun azlığı varsa o zaman qanda T3 və T4 hormonu azalır bu zaman tərkibində yod olan bitkilərdən və meyvələrdən yeyə bilərsiniz. Amma ən faydalısı yodlu duzdur, bundan başqa dəniz kələmi adında bir bitki var, bu bitkini salatların üzərinə səpib yeyə bilərsiniz. Dəniz kələmi yod çatışmazlığı üçün ən faydalı bitkidir.

Qaytarma adında bir bitki var, bu bitkinin köklərində zəngin yod vardır. Bədəndə yod çatışmazlığı üçün istifadə edə biləcəyiniz qarışım:

Öksəotu – 30 qram

Yaşıl qoz – 40 qram

Qaytarma – 40 qram

Mayasarmaşığı – 30 qram

Su – 400 qram

Spirt – 600 qram

Saydığım bitkilər, su və spirt qarışdırılır, 15 gün qaranlıq yerdə saxlanılır. Sonra hər gün qarışdırılır və gündə 2 dəfə yeməkdən əvvəl 1 çay qaşığı yarım stəkan suya qarışdırılaraq içilir.

Bu bitkilərin 60 faizli spirt ilə dəmlənməsi demək olar ki, yod çatışmazlığını və zobun ağır fəsadlarını aradan götürür. Əgər spirt olaraq kimsə qəbul etmək istəməsə, bu qarışıma 2 xörək qaşığı alma sirkəsi qarışdırın və ağzı açıq vəziyyətdə 15-20 gün isti bir yerdə saxlayın, bu zaman spirt sirkələşəcək və tərkib olaraq heç bir dəyişmə baş verməyəcək.

Ümumiyyətlə zobun formasından asılı olmayaraq bütün növ zob xəstəliyində Hicama və Zəli müalicəsi çox faydalıdır. Bu müalicədən sonra şişmiş zob düyünlərində kiçilmələr əmələ gəlir. Zob düyünlərinin kiçilməsi üçün təzə bağayarpağı ət maşınından keçirilir və düyünlərin üzərinə qoyulur.

Zob düyünlərinin kiçilməsi üçün başqa məsləhət 1 xörək qaşığı çobanyastığı, 1 stəkan suda dəmlənilir, süzülür, suyu ilə çovdar unu qarışdırılır, xəmir formasına salınır və axşamdan səhərə qədər boğaz üzərinə qoyulur.(fizulihuseynov.com)

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın