Home / GÖRKƏM  / Məşq çantanızda vacib olmalı şeylər

Məşq çantanızda vacib olmalı şeylər

Trenajor zalına getmək hər bir insanın şəxsi iradəsinin qələbəsidir. Hər bir kişi həyatında bir gün olsa da, idman zalına getmişdir. İdman zalına getdiyiniz zaman yanınızda bəzi mütləq əşyalar olmalıdır ki, həm özünüzün həm də ətrafdakıların rahatlığını

məşq çantası

Trenajor zalına getmək hər bir insanın şəxsi iradəsinin qələbəsidir. Hər bir kişi həyatında bir gün olsa da, idman zalına getmişdir.

İdman zalına getdiyiniz zaman yanınızda bəzi mütləq əşyalar olmalıdır ki, həm özünüzün həm də ətrafdakıların rahatlığını təmin edəsiniz.

Kosmetik çanta

Kişi kosmetik çantası – dezodorant, şampun və sair bu kimi idman zalına aparılmalı olanlardan ibarətdir.

Şəp-şəp

İdman zalında duş kabini təmiz görsənə bilər, lakin ayaq göbələyindən qorunmağa yalnız sizə şəxsi şəp-şəpləriniz kömək edə bilər.

Üz üçün gel

Ağır məşqdən sonra tərli və kirli üzünüzü mütləq yuyun. Bu sizi dərinizlə yarana biləcək problemlərdən qoruyacaq.

Yara balzamı

Bu mütləq lazımdır, hər bir zalda tibb çantası olmaya bilər.

Sabun

Sabun gigiyenik baxımdan mütləq lazımdır. Ştanqaların üstün minlərlə mikroblar mövcuddur.

Toz dərmanı (prisıpka)

Onu nəm əllərə qarşı da istifadə etmək olar. Üstəlik lazımı yerlərə də səpə bilərsiniz.

Saç üçün jele

Məşqdən sonra saç düzümü bərbad vəziyyətə düşür, jele sizin saçınızı formaya salmağa kömək edəcək.

Dezodorant

Dezodorant ən mütləq komponentdir. Həm sizin qolunuzun altını sakitləşdirəcək, həm də evə dönən zaman metro və ya avtobusda insanları “iydən” qoruyacaq.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın