Home / BİZNES  / Uğurlu iş, uğurlu həyat

Uğurlu iş, uğurlu həyat

Həyatın dadını çıxararaq uğura getmək o qədər də sadə olmasa da, düşündüyümüz qədər də çətin deyil. İnsanlarla daima əlaqədə olmaq, öz istədiyimiz işlə məşğul olmaq, böyük pullar qazanmaq və dostlarımızla daima rahat şəkildə görüşə bilmək,

iş həyatı

Həyatın dadını çıxararaq uğura getmək o qədər də sadə olmasa da, düşündüyümüz qədər də çətin deyil. İnsanlarla daima əlaqədə olmaq, öz istədiyimiz işlə məşğul olmaq, böyük pullar qazanmaq və dostlarımızla daima rahat şəkildə görüşə bilmək, sevdiyimiz insanlara və əsasəndə ailəmizə vaxt ayıra bilmək çox önəmli bir şeydir.

Hətta bunları çox böyük uğurlara gedərkən etmək daha da mühüm məsələdir. Düşünün həm böyük nəaliyyətləriniz var həm də həyatın dadını çıxardırsınız. Bu cür karyera sizə və ətrafınıza bır sıra üstünlüklər qazandıracaq. Bunlar:

* Həm iş həyatınızda həm də şəxsi həyatınızda gərgin günlərin sayı azalacaqdır;
* Ətrafdakı insanlar və çalışdığınız şirkət sizdən yaxşı mənada yararlana biləcək;
* İnsanların sizə güvəni yüksək olacaq;
* Daima yeni dostlar və ətraf çevrə əldə edəcəksiniz.

Bəs iki tərəfdə də uğurlu olmaq üçün nə etmək lazımdır.
Necə etmək lazımdır ki, həm böyük iş dünyasında nəaliyyətlər, böyük qazanclar əldə edək həm də həyatımızı daha yaxşı yaşayaq. 340 milyard dollar sərvəti olan Con Rokfeller-in bu barədə dediyi söz həqiqətən çox yerinə düşər.

“Bütün gün işləyən adamın pul qazanmağa vaxtı olmur.”

Həqiqətən də dəqiq söylənilmiş cümlədir. İnsanlar bütün günü çalışaraq ətrafındakıları, ailələrini, dostlarını düşünməyərək onlara vaxt ayırmırlar. Əslində isə belə etmələri ilə onlar özlərinə və sözün əsl mənasında böyük uğurlar əldə etmələri üçün lazımlı olan işlərə vaxt ayırmırlar. Bunu başa düşəndə isə artıq gec olur. Çünki əlaqələr çox önəmlidir. Həyatdan ləzzət almadıqca gördüyümüz hər bir iş kəskin olmur. Çünki beynimizdə nədənsə şikayətçi və nədənsə narazı oluruq.

Həm iş dünyasında həm də həyatımızda uğurlu olmaq üçün lazımdır:

* Ətrafımızdakı insanları düzgün şəkildə seçmək və bizə maneə törədən, bizim kefimizi pozan insanları isə həyatımızdan mütləq şəkildə uzaqlaşdırmaq lazımdır;
* Sevdiyimiz işi görmək, o işi əldə etmək üçün böyük əzm göstərmək lazımdır;
* İnsanlara daima pozitiv enerji verə bilmək bacarığı olmalıdır və daima lazımlı şəxslərlə əlaqələr əldə etmək lazmdır;
* Həyatı düzgün şəkildə planlamaq lazımdır.

Həyatda vaxtımız o qədər də çox deyil. Bu vaxtı maksimum dərəcədə mükəmməl tənzimləməliyik. Yalnız bu zaman həm iş həyatında həm də şəxsi həyatda uğurlu olmaq olar.(cavidabasov.blogspot.com)

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın