Home / İDMAN  / Əzələləriniz niyə inkişaf etmir: 7 səbəb

Əzələləriniz niyə inkişaf etmir: 7 səbəb

Heç özünüzə sual vermisiniz ki, niyə sizin əzələlərinizin bir müddət sonra böyüməsi dayanıb. Baxmayaraq ki, siz daha çox və ciddi məşq edirsiniz. Bunun ola biləcək 7 səbəbini sizlərə təqdim edirik. - Siz çox intensiv məşq edirsiniz

əzələ artımı

Heç özünüzə sual vermisiniz ki, niyə sizin əzələlərinizin bir müddət sonra böyüməsi dayanıb. Baxmayaraq ki, siz daha çox və ciddi məşq edirsiniz. Bunun ola biləcək 7 səbəbini sizlərə təqdim edirik.

– Siz çox intensiv məşq edirsiniz və nəticədə əzələlərinizi əksinə zədələyirsiniz. Bu səbəbdən bir əzələ qrupunu həftədə bir, maksimum iki dəfə məşq elətdirmək lazımdır.

– Siz çox məşq edirsiniz – məşqinizi çalışın bir saata sığışdırın. 45 dəqiqədən sonra kortizol hormonu çoxalmağa başlayır. Bu hormon əzələ hüceyrələrini dağıdır.

– Siz çox az yatırsınız – əzələ artımı üçün çoxlu yatmaq lazımdır. Sizin əzələləriniz yuxuda böyüyür. Buna görə gündə 8 saatdan çox yatmağa çalışın.

– Siz alkoqoldan istifadə edirsiniz – alkoqol əzələ kütləsini dağıdır, orqanizmin digər funksiyalarına mənfi təsir göstərir.

– Siz məşq proqramınızı dəyişmirsiniz – qəbul edilib ki, 6-8 həftədən sonra proqramlar dəyişilsin. Əzələlər adaptasiya ola bilirlər. Onlar eyni məşqə öyrəşdikdən sonra artıq böyümürlər.

– Siz əzələyə yükü etap etap qaldırmırsınız – yadınızda saxlayın, məşq zamanı eyni çəki və ya eyni təkrarlarla işləməyin, daim çəki və ya təkrarı qaldırmağa çalışın. Əks halda əzələ artımı üçün bir səbəb olmayacaq.

– Siz yetərli zülal qəbul etmirsiniz – əgər əzələ artımını istəyirsiniz isə çoxlu zülal qəbul etməlisiniz. Zülal əzələ üçün tikinti materialı rolunu oynayır. Çəkinizin hər 1 kq-a gündəlik 1 qr zülal tövsiyyə olunur. Əgər rasionunuzda yetərli zülal yoxdursa, protein kokteylərinə üz tutun.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın