Home / SAĞLAMLIQ  / Yuxusuzluqla mübarizə

Yuxusuzluqla mübarizə

Yaxşı yuxu - sağlamlıq əlamətidir. Dünyada təxminən 30% insan yuxusuzluqdan əziyyət çəkir. Bəs bununla necə mübarizə aparmaq lazımdır? Məqaləmizdə. Yuxu cədvəliniz sağlamlığınız üçün çox önəmlidir. Məqalədə verdiyimiz məsləhətlər gecə yuxusunu optimallaşdırmağa kömək edəcək və sizin məhsuldarlığınızı,

yuxusuzluq

Yaxşı yuxu – sağlamlıq əlamətidir. Dünyada təxminən 30% insan yuxusuzluqdan əziyyət çəkir. Bəs bununla necə mübarizə aparmaq lazımdır? Məqaləmizdə.

Yuxu cədvəliniz sağlamlığınız üçün çox önəmlidir. Məqalədə verdiyimiz məsləhətlər gecə yuxusunu optimallaşdırmağa kömək edəcək və sizin məhsuldarlığınızı, enerjinizi artıracaq.

Yaxşı yuxunun sirri
İlk olaraq sizin orqanizmin tələb etdiyi yuxu saatını müəyyənləşdirməlisiniz. Hər bir insanda bu fərqli ola bilər, lakin adətən bu 8 saat təşkil edir. İndi əsas məsələ bu müddəti maksimum istifadə etməkdir.

Yuxu cədvəlinə uyğunlaşın
Yuxu və oyanış ritmini tutun. Əgər siz hər gün eyni saatda yatıb və eyni saatda dursanız, özünüzü daha gümrah hiss edəcəksiniz. Əgər yuxu cədvəlinizi dəyişmək istəyirsiniz isə, bunu etap etap edin və 15 dəqiqə aralıqdan artıq olmasın.

Vaxtında oyanın
Əgər sizin orqanizminiz yuxuya doyubsa, siz avtomatik oyanacaqsınız, yox əgər siz səhər oyanmaq üçün saat zənginə ehtiyac hiss edirsiniz isə, daha tez yatmaq məsləhətdir. Lakin işdi gec belə yatmısınız isə və heç bir yerə tələsmirsiniz isə, yenə də günortaya qədər yatmaq olmaz. Vaxtında durun, yatmadığınız saatları isə günorta yataraq doldurarsınız. Bu strategiya yuxu-oyanış cədvəlinizi pozmayacaq və axşam yenidən lazımi vaxtda yuxunuz gələcək.

ABŞ alimləri sübut ediblər ki, yatmazdan əvvəl başın sərinləşdirməsi, bu adi duş qəbulu ola bilər, yuxusuzluqdan əziyyət çəkənlərə yaxşı gəlir və onlar daha rahat yata bilirlər.

Nahardan sonra yatmayın
Əgər vaxtından əvvəl yuxunuz gəlirsə, qalxın və başınızı qatın. Əks halda gecə yarısı oyanacaqsınız və səhərə kimi bir daha yata bilməyəcəksiniz.

Uzun müddət ofisdə, təbii işıqdan uzaqda oturduğunuz zaman, orqanizmdə melatonin artır ki, sizin yuxunuz gəlir. Əksinə gecə TV işığı, kompüter işığı, otaq işığı və sair melatoninin ifrazını yavaşladır və nəticədə yuxunuz gəlmir.

Aşağıdakı məsləhətlərə mütləq diqqət yetirməlisiniz:

* Səhərlər gün eynəyi ilə gəzməyin.

* Küçədə daha çox vaxt keçirin. Naharda ofisdən bayıra çıxın, bəzi isidici hərəkətlər yerinə yetirin. Evdəsiniz isə, axşam yox məhz günorta həyətə düşün.

* Ofis və evdə daha çox gün işığı olmalıdır. Pərdə və jalüzlər daim açıq qalmalıdır, iş masanız pəncərəyə yaxın olmalıdır.

* Tv və kompüteri söndürün. Bir çox insanlar tv-ni yatmaq və rahatlaşmaq üçün istifadə edirlər. Bu səhv addımdır, çalışın sakit musiqilərə qulaq asasınız, sevimli tv proqramlarınızı isə yazdırın və günortalar baxın.

* Tabletdən gecələr oxumayın. Yaxşı olar ki işıqsız elektron kitablardan istifadə edəsiniz.

* Lampaları dəyişin. Otaqda gür işığı daha zəifinə dəyişin.

* Yuxu saatında otaqda qaranlıq olmalıdır. Bütün pərdələri bağlayın, elektrik cihazları söndürün.

* Gecə tualetə getmək üçün fonardan istifadə edin. İşıqla əlaqəni minimuma endirin. Bu “işiniz” bitəndən sonra tez yuxuya getməyinizə kömək edəcək.

* Otağı sərin tutun. Əksər insanlar sərin otaqda daha rahat yatırlar, 18°C. Çox soyuq və çox isti yataq otağı yuxunuza mənfi təsir göstərə bilər.

* Yatağınızın rahat olmasında əmin olun. Yatağınız geniş olmalıdır ki, siz tam bədəninizi aça biləsiniz, həmçinin döyşək və yastığınız rahat olmalıdır. Yataqdan yuxu və seks üçün istifadə edin, buradan sadəcə uzanmaq, iş görmək, kompüterdən istifadə etmək üçün yararlanmayın.

* Yatmamışdan əvvəl çoxlu qida qəbul etməyin. Daha tez şam yeməyini yeməyə çalışın və ağır yeməklərdən axşamlar qaçın. Yağlı yeməkləri həzm etmək üçün orqanizmə daha uzun müddət tələb olunur.

* Yuxudan əvvəl alkoqol qəbul etməyin. Bir çoxları düşünür ki, alkoqol yatmağa kömək edir, lakin yuxunun keyfiyyəti zədələnir ki, siz daha çox oyanırsınız.

* Kofein qəbulunu minimuma endirin. Kofein sizi 10-12 saat yuxusuz saxlaya bilər. Bu səbədən nahardan sonra artıq kofe içməməyə çalışın.

* Siqareti atın. Siqaret yuxusuzluğa səbəb ola bilər. Nikotin stimulyator rolunu oynandığı üçün, yuxusuzluq gətirə bilər. Həmçinin bəzən gecələr orqanizmin nikotina olan təlabatı olur.

* İdmanla məşğul olun. Gündəlik 20-30 dəqiqəlik məşq və ya fiziki aktivlik sizin gecə yuxunuzu daha rahat edəcək.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın