Home / BİZNES  / Yaxşı kişi həyatının yeddi qaydası

Yaxşı kişi həyatının yeddi qaydası

Həyatda məqsədiniz yoxdu və siz mübarizə aparmırsınız? İDOL.AZ saytı sizi canlandıracaq və irəli xoşbəxtliyə doğru aparacaq məsləhətlər hazırlayıb. №1 Beyninizi lazımsız zibildən təmizləyin. Pis vərdişlər, stres, boş vaxt sərfi və sair problemlər. Onları unudun. Yeni nailiyyətlər üçün

kişi həyatı

Həyatda məqsədiniz yoxdu və siz mübarizə aparmırsınız? İDOL.AZ saytı sizi canlandıracaq və irəli xoşbəxtliyə doğru aparacaq məsləhətlər hazırlayıb.

№1

Beyninizi lazımsız zibildən təmizləyin. Pis vərdişlər, stres, boş vaxt sərfi və sair problemlər. Onları unudun. Yeni nailiyyətlər üçün təmiz və istirahət etmiş beyin lazımdır.

№2

Özünüinkişaf ilə məşğul olun. Biznes haqqında kitablar və ümumiyyətlə bəyəndiyiniz kitabları oxuyun. Sərgilərə gedin, qədimi yerlərdə olun, səyahət, yeni idmana başlayın, hərtərəfli inkişaf etməyə çalışın.

№3

Lider xüsusiyyətini, məntiqinizi, biznes İQ-nızı, insanlarla münasibət qurmanı inkişaf elətdirin, hərəkət və mimikalarınızı yaxşılaşdırın.

№4

Mənəvi bir şeylər ilə məşğul olun. Bu məscid ziyarətləri, namaz, yoqa ola bilər. Siz insanları hiss etməlisiniz, bunun üçün isə ilk növbədə özünüzü hiss etməlisiniz.

№5

Biznesmenlər insanların iç üzünü görə bilirlər. Kütləni heyrətləndirməyi bacarırlar. İnsanın psixologiyasını psixoloqdan yaxşı bilirlər. Bu hər biznesmenə aid olmasa da, böyük nailiyyətləri olanlara aiddir. Bunun üçün isə əlbəttə illər lazımdır. Bu gündən başlayın.

№6

Pulu sevin. Pulu sevsəniz, pul da sizi sevəcək. Kasıblar pul barəsində danışmaq istəmədikləri halda, varlılar daim puldan danışırlar. Bu səbəbdən varlılar pulu çoxaltmağın yolunu tapırlar.

№7

Xəyal qurun. Məqsədinizi gözünüzün önünə gətirin, ən əsası isə ona nail olmağı. Məqsədə çatmağınızı etap etap xəyalınıza gətirin. Qələbəni hiss edin. Bu emosiyalar sizə ümid gətirəcək.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın