Home / BİZNES  / Biznes və risk

Biznes və risk

Necə olur ki, bəzi adamlar çox rahatlıqla biznesə başlayır, nələrisə edir (etməyə çalışır), bəzi adamlar isə öz mükəmməl ideyalarını reallaşdıra bilmir. Necə olur ki, orta bilik səviyyəli adamlar çox böyük uğurlar qazanır, amma fundamental biliyə sahib

biznesdə risk

Necə olur ki, bəzi adamlar çox rahatlıqla biznesə başlayır, nələrisə edir (etməyə çalışır), bəzi adamlar isə öz mükəmməl ideyalarını reallaşdıra bilmir.

Necə olur ki, orta bilik səviyyəli adamlar çox böyük uğurlar qazanır, amma fundamental biliyə sahib olanlar sadəcə bu orta biliklilərin yanında çalışır, onların hədəflərini reallaşdırmaq üçün bir vasitə rolunda olur? Risk etmək qabiliyyəti həqiqətən də biznes adamını fərqləndirən xüsusiyyətdir. Bilirsiz niyə?

İstənilən bir biznes fəaliyyətinə başlanılan zaman bütün detalları hesablamaq olmur. Bu mümkün də deyil, çünki biznesə təsir edən 100lərlə mikro amillər olur ki, bu amillər nəticəsində sizin qurduğunuz iş – uğurlu və ya uğursuz ola bilər. Oturub düşünmək ki, necə etsəm uğurlu olaram, nəsə etmədən mümkün deyil – “karvan yolda düzələr” və ya “sonunu düşünən qəhraman olmaz” söhbəti. Deməli nəyisə başlamaq üçün yeganə amil – risk etmək qabiliyyəti olur.

Rasional formada biznesi düşünmək (başlanğıc mərhələsində) sadəcə özünü aldatmaq və gözü qorxuzmaqdan başqa bir şey deyil. Rasional amillər biznes prosesi aparılan zaman verilən qərarlarda özünü doğrultmalıdır, amma qətiyyən başlanğıcda deyil.

Biznesə başlamaq istədiyiniz vaxtlarda aşağıdakı addımların üzərində işləmək lazımdır:

1. Çalışacağınız sektordan sizə rəqib olan adamlardan məsləhət almaq. Deyə bilərsiz onlar səmimi olmaz, amma bu artıq sizin informasiyanın filtrdən keçirmək bacarığınızdan asılıdır.

2. Bu işi görəcək adamları yaxşı seçmək. Yəni biznesi biznes edən orda çalışanlardır. Onlar güclü olsa, biznesdə güclü olacaq və ya əksinə. Hansısa bir ideyanız varsa, birinci olaraq bunu icra edən adamı tapın.

3. İnternetdə axtarmaq. Hər nə qədərdə banal səslənsədə bügün biznes açmaq istəyirsinizsə internetdə çox saylı qızıl kimi məlumatlar tapmaq olar. Bu məlumatlar əsasında siz daha çox bilgili olacaqsınız.

4. Müşahidə etmək. Ətrafda olanları başa düşmək üçün əla alətdir. Kimlər də səhv desə sizin gözünüz sizi aldatmaz!

5. Cəsarətli olmaq – ürəklə risk etmək.

Risk etmədən siz şəxsi biznes qura bilməyəcəksiniz. Riski azaltmağa çalışın amma tam risk etməmək biznesdə böyük riskdir.(ilkinmanafov.com)

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın