Home / İDMAN  / Məşqi buraxanda nə olur?

Məşqi buraxanda nə olur?

Bir çox idmançı - bodibilderlər tez ya da gec məşqlərini dayandırırlar. Bunun səbəb müxtəlif ola bilər: həvəsin ölməsi, zədə və sair. Beləliklə, trenajor zalında məşq edənlərin əksəriyyətini məşqi buraxsalar əzələ və orqanizm ilə nə baş verəcəyi

məsqi buraxmaq

Bir çox idmançı – bodibilderlər tez ya da gec məşqlərini dayandırırlar. Bunun səbəb müxtəlif ola bilər: həvəsin ölməsi, zədə və sair.

Beləliklə, trenajor zalında məşq edənlərin əksəriyyətini məşqi buraxsalar əzələ və orqanizm ilə nə baş verəcəyi maraqlandırır. Bu sualların səbəbi bir çox mif və mənfi rəylərdən irəli gəlir. Ən çox yayılmış yalan isə əzələnin piyə çevrilməsi, dərinin sallanması və potensiya problemlərinin olmasıdır. Bu yazıda idol.az olaraq sizlərə məşqi buraxdıqdan sonra orqanizmdə gedən proseslərə aydınlıq gətirəcəyik.

İlk olaraq məşqi buraxan idmançı dözümlülüyü itirir. Dözümlülük elə bil xüsusiyyətdir ki, tez əldə olunur və tez də itirilir. Misal üçün, məşqlərə iki həftə ara versəniz, artıq eyni çəkilər ilə işləmək sizlərə çətin gələcək.

Daha sonra idmançı əzələ kütləsini itirməyə başlayacaq. Bu proses hardasa bir aydan sonra başlayır. Farmakologiyadan istifadə edən idmançılar isə daha tez əzələ itkisinə məruz qalırlar, nəinki naturallar. Yalnız 1-3 ay keçdikdən sonra idmançı əzələ itkisini hiss eləməyə başlayır.

Dözümlülük, güc və əzələ itkisinin sürəti sizin nə qədər məşq etmiş olmağınızdan asılıdır. Buna daha çox illərini sərf edənlərdə bu itki daha az sürət ilə baş verir. İlk iki aya nailiyyətlərinizin 30%-i itirmiş olacaqsınız. Daha sonra itkilərin sürəti aşağı düşəcək və bir ilə ümumi itkiniz 50-70% təşkil edəcək.

Bundan sonra proses daha da zəifləyir və faktiki olaraq dayanır. Əgər hətta siz məşq zalına heç bir zaman qayıtmasanız belə, bədəninizin ilkin vəziyyətinə qədər düşməyəcəksiniz. Əgər qayıtsanız çox az bir zamanda nailiyyətlərinizi geri qaytarmış olacaqsınız: buraya həm dözümlülük, həm də əzələ kütləsi daxildir.

Bu səbəbdən heç də müvəqqəti məşq fasilələrindən qorxmayın. Əgər sizin üçün bu vacibdirsə məşqə ara vermək olar. Heç bir problem yaranmamalıdır. Sadəcə ürək-damar problemlərindən sığortalanmaq üçün məşqlərinizə kardio məşqlərini əlavə etməyiniz məsləhətdir.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın