Home / SAĞLAMLIQ  / Angina: səbəbi, müalicəsi və xalq təbabəti

Angina: səbəbi, müalicəsi və xalq təbabəti

Kəskin tonzillit və ya angina badamcıqların iltihabına deyilir. Badamcıqlar ağız və burun vasitəsilə orqanizmə daxil olan mikrobların qarşısını alaraq baryer rolunu oynayır. Bakterial kəskin tonzillit əsasən streptokoklar tərəfindən törədilən, qripdən və kəskin respirator virus infeksiyasından

angina xəstəliyi

Kəskin tonzillit və ya angina badamcıqların iltihabına deyilir. Badamcıqlar ağız və burun vasitəsilə orqanizmə daxil olan mikrobların qarşısını alaraq baryer rolunu oynayır. Bakterial kəskin tonzillit əsasən streptokoklar tərəfindən törədilən, qripdən və kəskin respirator virus infeksiyasından sonra üçüncü yerdə duran geniş yayılmış bir xəstəlikdir.

Böyüklər arasında bu xəstəliyə 5%, uşaqlar arasında isə 6%-dən çox rast gəlinir. Payız və yaz aylarında xəstələnmə hallarının artması xarakterikdir.

Növləri və səbəbləri

Qeyd olunduğu kimi, xəstəliyin əmələ gəlməsində streptokok bakteriyaları əsas rol oynayır. Bir çox alimlərə görə angina zamanı badamcıqlardan götürülmüş yaxmada 80% hallarda bu bakteriyalar tapılır. Ümumi və yerli müqaviməti zəifləmiş orqanizmin yoluxması xaricdən, yəni hava-damcı yolu və qida ilə, yaxud da daxildən baş verir. Xarici mühit faktorlarından temperatur, rütubət, çirkli hava və digər orqanlarda olan xroniki infeksiyalar da şərait yaradan faktorlar hesab olunur. Bununla yanaşı badamcıqların travması, uşaqların konstitusional tipi və sinir sisteminin vəziyyətini də bu faktorlara aid etmək olar.

Simptomları

Kəskin ümumi zəiflik, boğazda qıcıqlanma, udqunmanın ağrılı olması, ağrının qonşu orqanlara yayılması, temperaturun qalxması (38-40 dərəcə), baş ağrıları, iştahanın azalması, limfa vəzilərinin böyüməsi və s. xarakterik simptomlardır. Xüsusilə uşaqlarda çeynəmənin ağrılı olması, yeməkdən imtina və ağız suyunun çoxalması kimi əlamətlər müşahidə oluna bilər. Kəskin tonzillitlərin növündən asılı olaraq xəstəlik özünü həm yüngül, həm də ağır formada göstərə bilər. Xəstəlik adətən 6-8 gün davam edir.

Diaqnostikası

Xəstəliyi klinik və laborator müayinələrə, eləcə də yuxarıda göstərilən əlamətlərin kəskin olaraq başlamasına əsasən təyin etmək olar. Xəstəliyin növünü və buna uyğun olaraq da müalicəsini təyin etmək üçün qulaq-burun-boğaz həkimi xəstəyə baxış keçirməli, lazım gəldikdə müvafiq müayinələri aparmalıdır.

Müalicəsi

Əsasən belə xəstələr ev şəraitində, lakin yaxşı olar ki, təcrid olunmuş şəkildə müalicə olunmalıdır. Ağır hallarda müalicə xəstəxananın infeksion şöbəsində aparılmalıdır. İlk gündən 7-8 günlük ciddi yataq rejimi gözlənilməlidir. Buna həm xəstəliyin ağırlaşmalara səbəb olmasının qarşısını almaq, həm də onun xroniki hala keçməsini önləmək üçün əməl olunmalıdır. Dərman preparatlarından antibiotiklər (7-10 gün) və antihistamin preparatlarının kurs müalicəsi aparılır, yerli olaraq qarqara, inhalyasiya, temperatur olarsa hərarətsalıcı və ağrıkəsici dərmanlardan istifadə olunur. Əgər xəstəlik xroniki hala keçərsə və il ərzində bir neçə dəfə təkrarlanaraq xəstəyə əziyyət verərsə, tonzillektomiya əməliyyatı aparılmalıdır. Lakin bunun üçün xəstəliyin bir qədər sakitləşməsini gözləmək lazımdır. Bundan başqa, tonzillitin qabağı vaxtında alınmazsa, bir sıra ağırlaşmalara (peritonzilyar və udlaqətrafı abses və s.), hətta sepsis kimi ciddi problemlərə gətirib çıxara bilər.(saglamliqsayti.com)

Anginanı (tonzillit) yalnız və yalnız antibakterial preparatların (“antibiotik”lər) köməyi ilə müalicə etmək mümkündür. Bu çox vacibdir. Müalicə olunmayan və ya düzgün şəkildə müalicə olunmayan tonzillit müxtəlif pozulmaların və xəstəliklərin (ürək və böyrək xəstəlikləri və s.) inkişafına səbəb ola bilər. Təbii ki, lazım olan “antibiotik” yalnız həkim xəstəni müayinə etdikdən sonra təyin edə bilər.

Antebakterial preparatlarla yanaşı müxtəlif xalq təbabəti üsullarından istifadə etmək olar

Bu üsullar xəstəliyin tez müalicə olunmasına çox yaxşı kömək edir. Bundan əlavə xroniki tonzilliti olan insanlar bu vasitələri profilaktik məqsədi ilə istifadə edə bilərlər. Bu vasitələr boğazın selikli qişalarının davamlılığının artmasına kömək edirlər və nəticədə insan daha gec-gec anginaya tutulur.

1. Antiseptik otların (çobanyastığı, adaçayı, kalendula, evkalipt) istifadəsi çox yaxşı effekt verir. İstənilən otdan 1 xörək qaşığı götürün, üzərinə 1 stəkan qaynar su tökün, 30 dəqiqə ərzində dəmləyin və süzün. Gün ərzində 3 dəfə qarqara edin (xəstəlik zamanı qarqaranı daha tez-tez etmək lazımdır). Dəmləmə üçün bu otların qarışığını da istifadə etmək olar. Hər otdan 1 xörək qaşığı götürüb qarışdırın. Bu qarışıqdan 1 xörək qaşığı dəmləyib qarqara edin.

2. Adi xörək duzu da çox təsirli antiseptikdir. 1 çay qaşığı duz 1 stəkan qaynar suda əridin və qarqara edin.

3. Propolis angina zamanı ən güclü təbii vasitələrdən biri sayılır. Məhz bu səbəbdən propolis anginanın müalicəsində istifadə olunan bir çox dərmanların tərkibinə daxil edilir. 1 çay qaşığı sürtgəcdən keçirilmiş propolis 1 stəkan qaynar suda 1 saat ərzində dəmlənilir və süzülür. Bu dəmləməni qarqara kimi istifadə edin.

4. Soğan suyu da həm angina zamanı, həm də bu xəstəliyin profilaktikasında çox yaxşı kömək edir. Bir neçə soğan sürtgəcdən keçirilir, tənzifə yığılır və şirəsi sıxılır. Daha sonra 2 xörək qaşığı şirəni 1 stəkan ilıq qaynanmış suya əlavə edin və qarqara edin.

5. Bal da çox təsirli vasitədir. Hər gün 1 çay qaşığı balı ağzınızda sümürün. Bu sadə vasitə ağız boşluğunda və boğazda olan mikroblarla mübarizə edir, immuniteti artırır.

6. 1/2 çay qaşığı üyüdülmüş zəncəfil 1 stəkan ilıq qaynanmış suya əlavə olunur və bu məhlulla qarqara edilir.

7. Angina zamanı və bu xəstəliyin profilaktikası məqsədi ilə inhalyasiyalardan istifadə etmək olar. Enli qaba isti su tökün, 2 damcı zəncəfil və 2 damcı evkalipt efir yağlarından əlavə edin və bu suyun buxarı ilə ağzınızla 4-7 dəqiqə ərzində nəfəs alın (su çox qaynar olmamalıdır ki, selikli qişalar yanmasın).(saglamolun.az)

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın