Yayda unutmalı olduğunuz qarderobunuz
Hər kəsin qarderobundan illərdən qalma cırıq şortlar, enlənmiş və əyində sallanan köynəklər mütləq var və yayda onlardan istifadə etməyə bir çox kişilər can atır. Lakin idol.az bunu sizə məsləhət bilmir və aşağıda bir neçə misal gətirmiş
Hər kəsin qarderobundan illərdən qalma cırıq şortlar, enlənmiş və əyində sallanan köynəklər mütləq var və yayda onlardan istifadə etməyə bir çox kişilər can atır.
Lakin idol.az bunu sizə məsləhət bilmir və aşağıda bir neçə misal gətirmiş olur.
Cibli torba formalı şortlar
Onlar “karqo” adlanırlar. Onlar rahat, praktiki, ciblərinə bir çox şey doldurmaq mümükün olan şortlardır. Lakin bu şortlar yalnız balıq tutmağa gedən də yararlı ola bilərlər. Şəhərə və ya işə belə şortlar uyğun deyil.
Vyetnamka
Bəli vyetnamkada yayda ayaqlarınız pişməyə bilər. Lakin bu şəhərdə gəzmək üçün heç də yaxşı çıxış yolu deyil. Həm səliqəsiz görsənir və həm də ayağınızın zədə alması hər an mümkündür.
Yaxşı oturmayan kostüm
Üzərində oturmayan kostüm faciədir. Üstəlik ilin hər fəslində. Vəziyyətdən çıxış yolu: çalışın pəncək və şalvar eyni olmasın, kombinasiya etməyi öyrənin, xüsusən də yayda.
Boyunbağı
Bunları yalnız hipster, ekzotik adalarda yaşayanlar taxa bilər. Digərlərinə dəbli qolbağ və ya dəbli saat.
Torba və ya dar cinslər
Əgər çox istidirsə heç də yarı qadın, yarı kişi dar və qısa şalvarlar geyinməyə və ya arxası sallanan və enli şalvarlar geyinməyə ehtiyac yoxdur. Ən adekvat metod adi klassik şalvarlardır, onlar həm sərin və həm də daim dəbdədilər.
Corabla səndəllər
İnanın, yüngül pambıq və deşikli ketlər heç də səndəl və corab cütlüyündən sərinlikdə geri qalmırlar. Əksinə daha da yaxşıdırlar.
90-cı illərin gün eynəkləri
İllər ilə saxladığınız gün eynəklərini taxmaya tələsməyin. Onlar artıq çoxdan dəbdə deyillər.