Home / BİZNES  / Debit kartını necə seçmək lazımdır?

Debit kartını necə seçmək lazımdır?

Məqsədəuyğun şəkildə seçilmiş debit kartı çox rahat ödəniş vasitəsidir. Debit kartı – məhsul, yaxud hər hansı bir xidmətin haqqının ödənilməsi üçün nəzərdə tutulmuş ödəniş kartı və bankomatdan nağd pul əldə etmək üçün bir vasitədir. Belə

debit kartı

Məqsədəuyğun şəkildə seçilmiş debit kartı çox rahat ödəniş vasitəsidir. Debit kartı – məhsul, yaxud hər hansı bir xidmətin haqqının ödənilməsi üçün nəzərdə tutulmuş ödəniş kartı və bankomatdan nağd pul əldə etmək üçün bir vasitədir.

Belə bir kart ilə hesabınızdakı qalıq çərçivəsində vəsaitləri özünüz idarə edirsiniz. Debit kartları bu xüsusiyyəti ilə kredit kartlarından fərqlənir. Debit kartlarının əsas vəzifəsi – nağdsız ödənişlər ilə nağd vəsaitləri əvəz etməkdir.

Bəs debit kartı seçərkən hansı cəhətlərə diqqət yetirmək lazımdır? İlk olaraq kartı əldə edəcəyimiz bankın maliyyə vəziyyətini yoxlayırıq. Beləki, bankın maliyyə gösətriciləri onun nə dərəcədə etibarlı olduğunu təyin etməyə imkan verəcək. Bu məqsəd üçün bankın aktivlərinə nəzər yetirməyiniz kifayətdir.

Beləki, əgər aktivlər artırsa bu yaxşı əlamətdir və əksinə. Hətta ən nəhəng banklar belə müflis olmaqdan sığortalanmasa da, onların bu hal ilə üzləşmək riski kiçik banklarda olduğundan nisbətən azdır. Kart xidmətləri üçün kifayət qədər sərfəli şərtlər təklif edən banklara xüsusi diqqət yetirin. Bundan əlavə, bank seçərkən digər müştərilərin də fikirlərini öyrənin. Bunu isə seçdiyiniz potensial bankın sosial şəbəkə hesablarından istifadə edə bilərsiniz.

Hər bir bankın debit kartı ilə bağlı öz xüsusi təklifləri mövcuddur. Bu kartlar ödəniş sisteminə və təhlükəsizliyinə (çipli və yaxud çipsiz), xidmət tarifləri, bonuslara görə fərqlənə bilər. Məhz hansı növ kart istədiyinizi seçin və banka yollanın. Bu zaman bank nümayəndəsindən debit kartları haqqında əlavə məlumat almaqdan çəkinməyin. Fərdi araşdırmanız zamanı müəyyən nüansları gözünüzdən qaçırmış ola bilərsiniz və mütəxəssisin məsləhəti daha dəqiq seçim etməyinizə kömək edə bilər.

Debit kartı ilə gəlir əldə etmək mümkündür?

Debit kartınız yalnızca ödəniş vasitəsi olmadığını bilirdiniz? Düzgün şəkildə seçilmiş debit kartı vəsaitləri inflyasiyadan qorumaq, hesabdakı qalığa görə faiz əldə etmək və endirim əldə etmək üçün unikal vasitədir. Bundan əlavə, debit kartı ilə qənaət etmək də mümkündür.

Cashback – xərclənmiş vasitələrin müəyyən hissəsinin geri qaytarılmasıdır. Adətən bankların bu əməliyyat üçün vahid faiz dərəcəsi var, məsələn 1%. Kartınız ilə ödəniş edirsiniz, daha sonra isə xərclədiyiniz məbləğin bir hissəsini pul və yaxud bonus olaraq geri alırsınız. Geri qaytarılan məbləğin həcmi isə banklardan və “cashback” təklif edən onlayn mağazalardan asılı olaraq dəyişir. Daha sadə dillə desək, bəzi onlayn mağazalar hər hansı məhsulu məhz onlardan almağınız qarşılığında sizə “cashback” təklif edirlər. Məsələn, 300 AZN-lik bir smartfonu onlardan əldə etdiyinizdə sizə 50 AZN “cashback” vəd edir. Bunu bir növ endirim kimi də qəbul edə bilərsiniz. Lakin burada geri qaytarılma alış-veriş anında deyil, 1 ay kimi müddət ərzində qaytarılır. Bundan əlavə, məbləğin “cashback” olaraq müştəriyə geri qaytarılma həcmi və şərtləri “cashback” saytlarla əməkdaşlıq edən mağazalardan asılıdır.

Bir çox banklar tərəfdaşları ilə müqavilə imzalayır. Bu tərəfdaşlar isə adətən geyim, parfumeriya mağazalarını, turist agentiklərini, onlayn mağazaları, tur təşkilatçılarını və yaxud otelləri təmsil edir. Müştərisi olduğunuz bankın tərəfdaşı olduğu mağaza və yaxud müəssisədən debit kartı ilə ödəniş edərkən müqaviləyə əsasən xüsusi endirimlər əldə edə bilərsiniz.(banker.az)

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın