Çömbəlmə hərəkətinin texnikası
Çömbəlmə (приседание) hərəkəti ayaq məşqlərində baza hərəkəti hesab edilir. Əgər ayaqlarınız çox arıqdırsa bu hərəkətin köməyi ilə əzələ kütləsini artıra bilərsiniz. Bu yazıda idol.az sizlərə çömbəlmə hərəkətinin düzgün yerinə yetirilmə texnikasını izah edəcək. Xüsusən də bu
Çömbəlmə (приседание) hərəkəti ayaq məşqlərində baza hərəkəti hesab edilir. Əgər ayaqlarınız çox arıqdırsa bu hərəkətin köməyi ilə əzələ kütləsini artıra bilərsiniz.
Bu yazıda idol.az sizlərə çömbəlmə hərəkətinin düzgün yerinə yetirilmə texnikasını izah edəcək. Xüsusən də bu yaz yeni başlayanlara aiddir ki, bu hərəkətdə zədə almaq olduqca asandır.
Ştanqanın qrifi
Qrif trapesin üstündə deyil, biraz aşağıda olmalıdır. Belə siz tarazlığınızı normal idarə edə biləcəksiniz.
Baş, baxış
Başınızı bel sütununuzun istiqamətində saxlayın, baxışınız isə göz səviyyəsində olsun ki, tarazlıqda əziyyət çəkməyəsiniz.
Əllər
Qrifi yuxarıdan tutun, bütün barmaqlarınız yuxarıda olsun. Əlləriniz çiyinlərinizə maksimum yaxın olmalı və qrifi kürəyinizə sıxmalısınız. Kürəyinizi sıxın, dirsəklərinizi qabağa gətirin ki, qrifi möhkəm saxlaya biləsiniz.
Ayaqlar
Ayaqlar çiyin səviyyəsində olmalıdır. Dizlərinizi biraz qırın, baldır və yan əzələlərinizi gərgin saxlayın.
Kürəyin aşağı hissəsi
Belinizi daim biraz əyilmiş saxlayın. Sinənizi qabağa verin, kürək və pres əzələlərini gərgin saxlayın. Belə siz bədəninizi daha möhkəm saxlaya biləcəksiniz.
Yan əzələləri
Yanınızı, sanki oturacağa oturursunuz kimi arxaya verin. Budlarınız yer ilə paralel olana qədər çömbəlin.
Dabanlarınızı bərk saxlayın
Qalxarkən dabanlarınızı yerə maksimum sıxın. Bu halda siz qabağa əyilməkdən qaçacaqsınız.
Dizlərinizi enli tutun
Ayağa qalxarkən dizlərinizi enli tutun. Bu budlara düşən gərginliyi saxlayacaq və stabillik verəcək.