Home / QİDA  / İdmançılar üçün təbii dopinq

İdmançılar üçün təbii dopinq

Hər bir idmançı orqanizminin gücünü 10 dəqiqədə səfərbər etmək istəyə bilər, çünki bu 10 dəqiqədən idmançının bütün həyatı asılı olur. Dopinq testlərinin son illər artıq daha da sərt olduğunu nəzərə alaraq, sizlərə qüvvət məcununu təqdim

dopinq

Hər bir idmançı orqanizminin gücünü 10 dəqiqədə səfərbər etmək istəyə bilər, çünki bu 10 dəqiqədən idmançının bütün həyatı asılı olur. Dopinq testlərinin son illər artıq daha da sərt olduğunu nəzərə alaraq, sizlərə qüvvət məcununu təqdim edirik.

Çalışın orqanizmini təbii vasitələrlə səfərbər edəsiniz. İndi hər bir idman zalında dəyişik proteinlər, amin turşular və s. satılır və bunun insan orqanizminə ziyanlı olmadığı haqqında məlumatlar verilir. Unutmayın, bunlar hamısı rafinə olunmuş zülallardır, bunların bir qramı belə sorulmadan orqanizmdən xaric olmurlar. İnsan orqanizminin tələbatı var, həmin tələbatı aşmaq orqanizmin mübadiləsini pozmaq deməkdir (Gündəlik normanı heç bir preparatda aşmaq olmaz, xeyir deyil ziyan gətirəcək). Pozulmuş mübadilənin dalınca bir sürü xəstəliklər, əsasən də ürək qan-damar xəstəlikləri gəlir.

Təqdim etdiyimiz məcun insanı çox gümrahlaşdırır, güclü bir enerji mənbəyidir. Bütün idmançılar yarış öncəsi 1 ay bu məcundan istifadə etsələr, həm formada olarlar, həm də dopinq testindən rahatca keçərlər. Başqa anabolik preparatlardan fərqli olaraq insanda nəsil artırmada problem törətmir, əksinə sonsuzluqdan əziyyət çəkənlər üçün də çox yaxşıdır, çünki hərəkətli spermaların miqdarını artırır. Cinsi istəyi həddindən artıq gücləndirir. Uzun sürən xroniki xəstəliklərdən sonra əməliyyat olunmuş insanlar bədənlərini qüvvətləndirmək üçün bu məcundan istifadə edə bilərlər.

Məcun: çiçək tozu – 50 qram, güləm – 50 qram, jenşen – 50 qram, arı südü – 20 qram, ud hindi – 30 qram, zəncəfil – 30 qram, şabalıd balı – 1 kq.

Məcundan gündə 3 dəfə yeməkdən yarım saat əvvəl 1 çay qaşığı yemək lazımdır. Yüksək təzyiqdən əziyyət çəkənlərə istifadəsi qadağandır.(fizulihuseynov.com)

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın