Home / GÖRKƏM  / Ayaqqabının istismarı və qulluq qaydaları

Ayaqqabının istismarı və qulluq qaydaları

İlk öncə ayaqqabı aldığınız zaman onun hər iki: sağ və sol tayları geynilməli və sizə uyğun ölçü alınmalıdır. Böyük və ya kiçik ölçüdə ayaqqabılar həm ayaq sağlamlığına ziyandır, həm də ayaqabının deformasiya olmasına səbəbdir. Təzə alınmış

ayaqqabıya qulluq

İlk öncə ayaqqabı aldığınız zaman onun hər iki: sağ və sol tayları geynilməli və sizə uyğun ölçü alınmalıdır. Böyük və ya kiçik ölçüdə ayaqqabılar həm ayaq sağlamlığına ziyandır, həm də ayaqabının deformasiya olmasına səbəbdir.

Təzə alınmış ayaqqabı ayağınızı bir müddət sıxa bilər və ya hər hansı bir yerdə vura da bilər. Buna görə təzə ayaqqabını küçəyə çıxmamışdan əvvəl evdə biraz geyinib gəzmək məsləhətdir.

İpləri olan ayaqqabıları geyinib soyunanda mütləq ipləri açılmalıdır. İpsiz ayaqqabılar isə yalnız dabançəkənin (rojok) köməyi ilə geyinilməlidir. Əks halda ayaqqabı dərisi cırıla və ayaqqabıda deformasiya baş verə bilər.

Ayaqqabı məqsədinə görə istifadə olunmalıdır. Misal olaraq, qaçış ayaqqabısı ilə futbol oynamaq olmaz.

Üstündə “Waterproof/Su keçirməyən” yazısı olmayan ayaqqabılar ilə suya girmək olmaz. Yağışlı havalarda isə biraz su keçirə bilər. Bu da adətən tikişlərdən geçir. Xüsusən də əl işi olan ayaqqabılara aiddir. Çalışın bu ayaqqabılardan yağış vaxtı istifadə etməyəsiniz.

Ayaqqabı nəmişlik yerdə saxlanılmamalıdır, paltaryuyan maşında və ya əldə yuyulmamalıdır. Ayyaqabı nəm dəsmalla təmizlənməli və otaq temperaturunda qurudulmalıdır. Soba və bu kimi yerlərdə qurudulması ayaqqabının deformasiya olmasına səbəb ola bilər.

Ayaqqabıya hoppmuş olan tər 24 saata buxarlanır. Ayaqqabınızın daha uzunömürlü olmasını istəyirsiniz isə günaşırı geyinməyiniz məsləhətdir.

Astarsız, tünd rəng astarlarlı və ya dəri astarlarlı ayaqqabılarda dərinin xarab olmaması üçün kimyəvi maddələrdən istifadə olunmadığı üçün tərləmə nəticəsində dərinin rəngi ayaq və ya corablara keçə bilər. Bu bir müddət davam edir və məsləhətimiz bu müddət ərzində tünd corablardan istifadə etməkdir.

Ayaqqabı corabsız geyinildiyi zaman iy verə bilər.

Ayaqqabının altı dəridən hazırlanıbsa, məsləhətdir ki, belə ayaqqabılardan yağış və qarda istifadə edilməsin. Bu havalarda yalnız rezin və ya kauçuk altlı ayaqqabılardan istifadə edin.

Laklı dərili ayaqqabılarda ayağın formasına görə qırışlar əmələ gələ bilər. Bu qırışların dərinləşməsinin qarşısını almaq üçün soyunduqdan sonra içinin doldurulmasıdır. Parıltını itirməmək üçün yumuşaq parça ilə təmizlənilməli və xüsusi vasitələrdən istifadə edilməlidir.

Astarı sintetik materiallardan hazırlanan ayaqqabılarda tərləmə və iyin yaranması labüddür. Belə ayaqqabılar istifadədən sonra havada saxlanılmalıdır.

Nabuk və zamşa materiallarından hazırlanan ayaqqabıları xüsusi fırça ilə təmizləmək və boya ilə boyamaq olar. Onları yumaq qəti qadağandır. Dəri ayaqqablarını dərinin rənginə uyğun boyalarla boyamaq lazımdır.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın