Home / BİZNES  / Kasıb insanların adətləri

Kasıb insanların adətləri

Bəzi insanlar öz hərəkətləri ilə kasıb keçmişlərini ortaya qoyurlar. Bəs bundan necə qaçmaq olar? Bu məqalədə. Bu adətləri - kasıbçılığın əsl göstəriciləridir. Keçmişdə kasıb olan insanları onlar ələ verirlər. Bəzən bunu nə qədər gizlətməyə çalışsalar da

kasıb insan

Bəzi insanlar öz hərəkətləri ilə kasıb keçmişlərini ortaya qoyurlar. Bəs bundan necə qaçmaq olar? Bu məqalədə.

Bu adətləri – kasıbçılığın əsl göstəriciləridir. Keçmişdə kasıb olan insanları onlar ələ verirlər. Bəzən bunu nə qədər gizlətməyə çalışsalar da bu onlarda alınmır.

Hər şey “insanlardakı kimi olsun”

İllərlə ödənilən toy kreditləri, ayfon almaqlar. 20 il təmirsiz evdə yaşayar bahalı maşın istəyir. Bəli, məhz ətrafdakıların düşüncələri və bu səbəbdən lazımsız xərclər. Çünki kasıb insanlar kasıb görsənməkdən qorxurlar və özlərini olmayan varlılar kimi aparan zaman qıraqdan çox gülməli görsənirlər.

Hamı görsün ki, “pul xərcləyən oğlandı”

Bəli, məhz hamı sizin pulla heç bir probleminizin olmadığını bilsinlər deyə, hamı görə bildiyi səviyyədə pul xərcləyirsiz. Qara kürə, bahalı içkilər, bahalı aksessuarlar. “Görməmiş” olmayın, varlı insanlar üçün bunlar adi şeylərdir.

Bədxərclik

Adətən kasıb insanın əlinə çoxlu pul keçəndən sonra o, ya pulu hara xərclədiyini bilmir, ya da ümumiyyətlə xərcləmək istəmir. Əksər hallarda birinci variant baş verir. Əldə edilən sərvət varlı görsənmək naminə boş-boş xərclənərək bitir.

Bahalı geyim və aksessuarlar

Kasıb insanlar pul əldə edəndən sonra onlara yaraşmasa belə bahalı paltarlar almağa meyilli olurlar. Yəni əsas üstündə necə qalması deyil, əsas onun qiyməti və markası rol oynamağa başlayır. Bu qıraqdan əlbəttə ki, dərhal hiss olunur və sizin keçmişinizi ələ verir. Kompleksli olmayın!

Son pulları xərcləmək

Bahalı ayfon, hər barmaqda qızıl üzük, qızıl alışqan, ən son çıxan dəbli əşyalar. Bütün bunlara son pulları xərcləmək ağılsızlıqdır. Siz özünüzü ərəb şeyxi kimi hiss etmək istəyirsiniz? Bilin ki, Avropada artıq minimalizasiya dəbdədir, orda varlılar öz pullarını heç kimin “gözünə soxmurlar”.

“Kasıbçılığa” nifrət

Adətən “kasıbçılığa” və “yetimlərə” nifrət məhz onlardan çıxmış birilərində olur. İmkanlı insanlar onlara nifrət ilə deyil, məhz hörmətlə və qayğı ilə yanaşırlar. Çünki doğuşdan varlı olanlar üçün əsas pul yox mənəviyyat maraqlıdır.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın