Home / İDMAN  / Yuxarı sinə əzələsi üçün məşq variantı

Yuxarı sinə əzələsi üçün məşq variantı

Sinənizin üstü inkişaf etmir? Bəlkə, düzgün jim etmirsiniz? Bir çoxları yuxarı sinə əzələləri üçün maili oturacaqdan istifadə edir, lakin araşdırmalar tam əksini göstərir. Maili oturacaqda jim zamanı yuxarı sinə əzələlərinin aktivliyi sadəcə 5% artır (uzanaraq jim

yuxarı sinə əzələsi

Sinənizin üstü inkişaf etmir? Bəlkə, düzgün jim etmirsiniz? Bir çoxları yuxarı sinə əzələləri üçün maili oturacaqdan istifadə edir, lakin araşdırmalar tam əksini göstərir.

Maili oturacaqda jim zamanı yuxarı sinə əzələlərinin aktivliyi sadəcə 5% artır (uzanaraq jim ilə müqayisədə). Bu problemi aradan qaldıra biləcək məşq hərəkəti tərs tutuş ilə uzanaraq jimdir. Yerinə yetirmək üçün oturacaqda uzanın və ştanqanı maksimum tuta biləcəyiniz qədər tərs tutuşla dar tutun. Hərəkət zamanı dirsəklər bədəninizə maksimum yaxın olmalıdır. Bu hərəkət zamanı triseps və deltovari əzələlərə yük düşsə də, maksimum güc məhz yuxarı sinə əzələlərinə düşür.

Klassik sinəyə uzanaraq ştanqa ilə jim hərəkəti əsasən sinənin orta və aşağı əzələlərini işlədir. Tərs tutuş zamanı isə qollarınız bədəninizə paralel qalır və güc tamamilə yuxarı sinə əzələlərinə düşür. Ekspertlər iddia edirlər ki, tərs tutuş zamanı yuxarı əzələ qrupuna yük 30% daha çox düşür (klassik uzanaraq jim ilə müqayisədə).

sinənin yuxarısına məşq

Tərs tutuşlu jim zamanı əsas məqamlar
1. Sizə mütləq sığortalayan lazımdır – ştanqanı dirəktdən qaldırmaq üçün. Yadınızda saxlayın ki, ştanqanı dirəktən özünüz qaldırdığınız zaman avtomatik diskomfort vəziyyətdə qalırsınız ki, zədə almaq riskiniz artır.

2. Yox əgər özünüz məşq etməyə məcbursunuz isə, bu zaman ilk olaraq adi qaydada ştanqanı qaldırın və sinənizin üstün sakitcə qoyub əlinizi dəyişin.

3. Əmin olun ki, ştanqanı sinənizin altından biraz maili şəkildə ayaqlarınıza doğru sıxırsınız. Bu mütləq şərtdir, belə halda yuxarı sinə əzələlərinə maksimum güc düşür.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın