Home / QİDA  / Testosteronu artıran 5 məhsul

Testosteronu artıran 5 məhsul

Superfud terminini eşitmisiniz? Bu termin müasir dünyanın təlabatları nəticəsində yaranıb. Bugün sizlərə kişilər üçün superfud olan və testosteronu artıran 5 məhsul haqqında məlumat verəcik. 1. Krevetka Dəniz məhsulları və xüsusən də krevetka D vitamini ilə zəngindir. Harvard

testosteron artıran məhsullar

Superfud terminini eşitmisiniz? Bu termin müasir dünyanın təlabatları nəticəsində yaranıb. Bugün sizlərə kişilər üçün superfud olan və testosteronu artıran 5 məhsul haqqında məlumat verəcik.

1. Krevetka
Dəniz məhsulları və xüsusən də krevetka D vitamini ilə zəngindir. Harvard Universitetinin alimləri isə belə gərara gəliblər ki, məhz D vitamini kişi orqanizmində testosteronunun ifrazını stimullaşdırır. D vitamini çox olarsa, testosteronun səviyyəsi də çox olar.

Araşdırmalar göstərib ki, qanda D vitamini nə qədər çox olarsa, kişinin əzələ gücü bir o qədər çox olur. Xüsusəndə qışda D vitamini defisiti olduğu üçün krevetka rasiona daxil edilməlidir.

2. Balqabaq tumları
Balqabaq tumları testosteronun ifrazında böyük rol oynayan sink ilə zəngindirlər. Araşdırmalar göstərib ki, sink defisiti yaşayan kişilərdə testosteron səviyyəsi aşağı olur.

Balqabaq tumlarını sıyıqlara, yoqurt və salatlara əlavə edə bilərsiniz. Hətta üyüdülmüş halda protein kokteylərinə də əlavə etmək olar.

3. Kokos
Kokos sizlərə nəinki istirahət ruhu bağışlayacaq, həmçinin testosteronunuzu artıracaq. Bunun səbəbi doymuş yağlardır.

Araşdırmalar göstərir ki, rasionunda doymuş yağlar az olan kişilərdə testosteron səviyyəsi aşağı düşür. Məhz kokos sizə burada kömək ola bilər.

4. Buğda kəpəyi
Buğda kəpəyi maqniy ilə zəngindir. Türk alimləri sübut ediblər ki, maqniy testosteron səviyyəsi ilə əlaqəlidir. Xüsusən də məşq edən kişilərin maqniyə böyük ehtiyacları var.

Kəpəkdən sıyıqlarda və protein kokteylərində istifadə edə bilərsiniz.

5. Çiyələk
Bəli, məhz çiyələk tərkibindəki C vitamini və antioksidantlar ilə testosteronun səviyyəsinə müsbət təsir edir. C vitamini məşq nəticələrinə müsbət təsir etdiyi halda, antioksidantlar kortizolu neytrallaşdırır.

Ağır məşqdən sonra stress hormonu kortizol qanda çoxalır ki, testosteronu məhv etməyə başlayır. Çiyələyin tərkibindəki antioksidantlar isə kortizolu azaldır və bununla testosteronun sıviyyəsini qoruyur. Məşqdən sonra çiyələk məsləhətdir.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın