Home / İDMAN  / Uzanaraq fransız jimi

Uzanaraq fransız jimi

Triseps əzələlərinin hər üç başını işlətdiyi üçün fransız jimi triseps məşqlərində olduqca vacib hərəkətdir. Bir çox atlet və yeni başlayan triseps əzələlərini əsasən ayaqüstə yuxarı blokda işlədirlər. Lakin bu hərəkət zamanı triseps əzələləri tam işləmir. Əsasən

fransız jimi

Triseps əzələlərinin hər üç başını işlətdiyi üçün fransız jimi triseps məşqlərində olduqca vacib hərəkətdir.

Bir çox atlet və yeni başlayan triseps əzələlərini əsasən ayaqüstə yuxarı blokda işlədirlər. Lakin bu hərəkət zamanı triseps əzələləri tam işləmir. Əsasən uzun triseps əzələsi bu hərəkətdə işləyir.

Triseps əzələlərinə maksimum güc düşsün deyə fransız jimi uzanaraq yerinə yetirmək lazımdır. Triseps əzələsi böyük olmadığına görə burada böyük çəkilərə ehtiyac yoxdur. Təkrarların sayı 10-15 olması kifayətdir. Yadınızda saxlayın ki, burada daha ağır lakin daha az təkrar sistemi effektivsizdir.

Fransız jiminin yerinə yetirilmə texnikası asan görsənsə də, təcrübədə bu belə deyil. Oturacaqda elə uzanmalısız ki, başın təpə nöqtəsi biraz havada qalsın. Ayaqlar tam yerə basılmış, bədən tam uzanmış, pres gərgin halda olmalıdır. Əgər atlet ağır çəkilərlə işləməyə gərar veribsə ona kömək etmək lazım olacaq. Məşq zamanı dirsəklər bədənə maksimum yaxın olmalıdırlar.

Hərəkətin yerinə yetirilməsi bir neçə etapdan ibarətdir. İlk etapda dirsəkləriniz yerindən tərpənməmək şərti ilə ştanqanı yerlə paralel olana qədər gətirmək lazımdır. Nöbəti etapda isə dirsəkləriniz başınızı arxasına gedir və ştanqa oturacaq səviyyəsinə qədər aşağı salınır. Bu zaman triseps əzələləri tam dartınmış olurlar. Əsas olan burda ştanqanı yavaş endirmək və ilkin vəziyyətə tez qayıtmaqdır.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın