Kişinin soyuducusunda həmişə olmalıdır
Sizlərə sizi doyuzduracaq və artıq çəki gətirməyəcək qida siyahısını təqdim edirik. Çalışın bunlar sizin soyuducunuzda həmişə olsun. Sıyıq və makaronlar Qarabaşaq, bulqur, yulaf və makaronlar biraz çox pişsələr də, daha çox xeyirlidirlər. Əgər vaxtınız azdırsa onları əvvəlcədən
Sizlərə sizi doyuzduracaq və artıq çəki gətirməyəcək qida siyahısını təqdim edirik. Çalışın bunlar sizin soyuducunuzda həmişə olsun.
Sıyıq və makaronlar
Qarabaşaq, bulqur, yulaf və makaronlar biraz çox pişsələr də, daha çox xeyirlidirlər. Əgər vaxtınız azdırsa onları əvvəlcədən bişirin soyuducuda saxlayın. Ya da işə gedəndə suya qoyun qayıdanda süzün, yağda qızdırın və hazırdı!
Doğranmış tərəvəz
Pomidoru yu, doğra əməlli başlı işdir. İşdən gəldiyiniz zaman ac-ac bunu etməyə həvəs olmur. Bu səbəbdən tərəvəzləri hazır saxlayın. Doğramasanız da, ən azından yuyub soyuducuda saxlayın.
Pendir
Aclıq ilə çox yaxşı mübarizə aparır. Bir çoxlarınız pendirin çox yağlı olduğunu deyə bilər. Bəli, yağlıdır. Bilin ki, arıqlamaq üçün karbohidratlardan az istifadə etmək lazımdır. Pendirə gəldik də isə yağsız pendir növlərindən istifadə etməyi heç kim sizə qadağan edə bilməz.
Qatıq
Həmişə qatığınız olsun. O, həm salata, həm sous kimi və ya sadəcə sağlam qida kimi istifadə olunur.
Təbii içkilər
Marketlərdəki bütün içkilərdə kaloriy və şəkər çoxlu miqdarda olur. Ən yaxşısı ev istehsalıdır. Misal üçün, limon və ya bal ilə soyudulmuş çay.
Soutma yumurta
Soyuducuda artıq bişmiş yumurta saxlaya bilərsiniz. İşdən gəldiniz yemək artıq hazırdır. Sağlam, xeyirli, zülallı, azkalorili, sadə, ucuz və əla atışdırmaq üçün qida.