Home / GÖRKƏM  / Yaraşıqlı və sağlam olmaq

Yaraşıqlı və sağlam olmaq

İDOL.AZ sizlərə sağlam, yaraşıqlı və daim özünüzü gənc hiss etmək üçün məsləhətlər toplusu hazırlayıb. Oxuyun və bugündən başlayın, nəticə özünü gözlətməyəcək. Bədəniniz ilə məşğul olun Yəni düzgün qidalanın və məşqlərə vaxt ayırın. Lakin bədəninizlə düzgün davranmaq

sağlam və yaraşıqlı

İDOL.AZ sizlərə sağlam, yaraşıqlı və daim özünüzü gənc hiss etmək üçün məsləhətlər toplusu hazırlayıb. Oxuyun və bugündən başlayın, nəticə özünü gözlətməyəcək.

Bədəniniz ilə məşğul olun

Yəni düzgün qidalanın və məşqlərə vaxt ayırın. Lakin bədəninizlə düzgün davranmaq üçün ona daim “qulaq asmaq” lazımdır. Bunun üçün müasir texnologiyada müxtəlif vasitələr var. Ürək döyüntülərini, sürəti tempi və sair meyarları ölçən saatlar və bu kimi avadanlıq və aksessuarlar mövcuddur.

Özünüzü motivasiya edin

İsti – şikayət edib və tənbəlcəsinə uzanmağa səbəb deyil. Özünüzü unutmayın, ürəyinizcə olan geyim isə əla motivasiya olacaq. Düzdü bəzən biraz pul tələb etsə də, tənbəlliyinizi unutdura bilər.

Su balansınızı izləyin

Bunu necə etmək lazımdır? Smartfonlar üçün müxtəlif proqramlar var ki, sizə su içməyiniz barədə xəbərdarlıq edə bilər. Yaxşı olar ki, daim yanınızda su gəzdirəsiniz. Su həm dərinizi daim nəm, həm də sizi gümrah saxlayacaq.

İstirahət edin

İlk növbədə çoxlu yatın – gün ərzində 8 saatdan az olmayaraq, yatağa tez girin. Sonra artıq özünüz seçin, sizin üçün istirahət nə deməkdir – çoxlu dadlı yemək və TV, təmiz havada gəzinti və ya klub və barlarda əyləncə.

İdman

Ən yaxşı istirahət – fəaliyyət növünün dəyişdirilməsidir. Əgər siz 9 saat kompüter qarşısında oturursunuz isə, işdən sonra zala gedin və əzələlərinizi trenajorda işlədin. Eyni şeyləri evdə də etmək olar. Bu sağlam və yaraşıqlı olmağın əsas yoludur.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın