Home / BİZNES  / Risk etmək niyə lazımdır?

Risk etmək niyə lazımdır?

Həyatınızda nəisə dəyişmək istəyirsiniz? Bunun üçün risk etmək lazımdırsa, edin! Sizlərə risk etmək üçün səbəbləri gətiririk: 1. Təhlükəsizlik və risk Bir vərəqdə iki sütün ayırın. Bir sütüna təhlükəsizlik digərinə isə risklərinizi yazın. İlk sütünda stabil iş, yaşlananda pensiya

risk etmək

Həyatınızda nəisə dəyişmək istəyirsiniz? Bunun üçün risk etmək lazımdırsa, edin!

Sizlərə risk etmək üçün səbəbləri gətiririk:

1. Təhlükəsizlik və risk

Bir vərəqdə iki sütün ayırın. Bir sütüna təhlükəsizlik digərinə isə risklərinizi yazın. İlk sütünda stabil iş, yaşlananda pensiya olacaqsa, digərində bir neçə kiçik itkilərə məruz qala bilərsiniz. Lakin risk sütünunda itki olmaya da bilər. Risk sizin bütün həyatınızı dəyişə bilər.

2. Vaxtımız azalır

World Bank tərəfindən aparılan araşdırmaya görə insanın ortalama yaş həddi 78-dir. Bunun 1/3 yəni 28 ili yuxuya, 10 ili işə, 4 ili yeməyə, 9 ili sosial şəbəkə, TV və videoyunlara gedir. İnsanın özünü reallaşdırmaq üçün isə sadəcə 9 ili qalır. Həyatınızı bugündən dəyişməyə və bunun üçün risk etməyə dəyər. Çünki hər bir gün sizi sona daha da yaxınlaşdırır.

3. Hərəkət və yeni informasiya

Statistikaya görə 90% ilkin biznes ilk iki ildə iflasa uğrayır. Lakin əksər biznesmenlər bundan təəssüf hissi keçirmir. Və bunun onlar üçün yeni informasiya mənbəyi olduqlarını iddia edirlər. Yəni harada səhv etdikləri, planın düzgün qurulmaması, tərəfdaşların seçimi kimi bir çox məsələlərdə təcrübə yığdıqlarını deyirlər.

Pul itirməkdən qorxmayın, hər itirilən sizə daha çox təcrübə və bundan irəli gələrək pul qazandıracaq.

4. Özünəinam artacaq

Hər dəfə özünüzdən gözləmədiyiniz yeni bir hərəkət, sizdə özünəinamı artıracaq. Qorxunun gözünə baxmaq və risk etmək sizə qurur hiss gətirəcək.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın