Home / QİDA  / Qazan kababı

Qazan kababı

Bəzən insanın könlündən kabab keçsə də, kabab çəkməyə şəraiti olmur. Alternativ olaraq sizlərə qazan kababını təqdim edirik. Qazan kababı üçün lazım olan ərzaqlar: sümüksüz doğranmış qoyun ya da dana əti, zeytun yağı, 1 ədəd soğan, bir

qazan kababı

Bəzən insanın könlündən kabab keçsə də, kabab çəkməyə şəraiti olmur. Alternativ olaraq sizlərə qazan kababını təqdim edirik.

Qazan kababı üçün lazım olan ərzaqlar: sümüksüz doğranmış qoyun ya da dana əti, zeytun yağı, 1 ədəd soğan, bir neçə diş sarımsaq, 2 xörək qaşığı tomat, 1 ədəd dəfnə yarpağı, bir neçə ədəd yumru istiot, 1 çay qaşığı un, isti su, duz.

Hazırlanma qaydası:

Əti zeytun yağında bişirməyə başlayın. Ət suyunu saldıqdan sonra qazanın qapağını bağlayın və 10 dəqiqə qovurun. Suyu qurumağa başladıqdan sonra qapağını açın və üstünə soğan və sarımsaqları bütöv halda əlavə edin. Un başqa diğər ərzaqları da əlavə edin və 5 dəqiqə qovurun.

Sonra unu əlavə edib qarışdırın, su və duzu əlavə edin. Bişəndə kəf yaranarsa onları yığın. Gördünüz ki, kəf artıq əmələ gəlmir qazanın qapağını bağlayın və bir saat yarım vam odda bişirməyə davam edin. Nuş olsun!(1001dad.com)

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın