Qadın sinəsi sahibindən nə xəbər verir
Ümumi 7 növ qadın sinəsi var ki, onlar sadəcə fizioloji xüsusiyyətlərdən xəbər vermirlər. Amerika alimləri qadınların bədən quruluşlarını analiz ediblər və maraqlı nəticələr əldə ediblər. Qadın sinəsi sahibinin xarakteri barədə çox şey deyə bilər. 1. Dairəvi sinə Bu
Ümumi 7 növ qadın sinəsi var ki, onlar sadəcə fizioloji xüsusiyyətlərdən xəbər vermirlər.
Amerika alimləri qadınların bədən quruluşlarını analiz ediblər və maraqlı nəticələr əldə ediblər. Qadın sinəsi sahibinin xarakteri barədə çox şey deyə bilər.
1. Dairəvi sinə
Bu ən nadir və kişiləri ən çox cəlb edən sinə növüdür. Əksər qadınlar plastik cərrahlara məhz belə sinə üçün müraciət edirlər. Belə sinəyə malik qadınlar kişi diqqətindən əziyyət çəkmir, onlar özlərindən əmindirlər, ambisiyalı və karyera pərəstişkarları olurlar. Bu qadınlar xəyanətə qarşı səbirli deyillər.
2. Konusvari sinə
Bu sinə növünə əsasən “lotu” qızlarda rast gəlinir. Dost sevən, aktiv, idmanla məşğul olan və ya “kişi” hobbisi olanlardır. Bu qadınlar sevgidə sədaqətlidirlər və bütün qəlbləri ilə seçdikləri həyat yoldaşına bağlı olurlar. Övladalar üçün yaxşı dost-ana olurlar.
3. Geniş sinə
Bu növ qadın sinəsinin sahibləri adətən səmimi, intriqa və qeybətdən uzaq olanlardır. Onlar mərddirlər və həmişə köməyə gəlməyə hazırdırlar. Onların təbiəti belədir.
4. Damcıvari sinə
Əsasən bu qadınlar emosional olurlar. Onlar sentimental, hər şeyi şişirdən və hər xırda şeyə görə günlərlə fikirləşən olurlar. Onlar ağ atlı şahzadəni gözləyir, istənilən uğursuzluğu faciəyə çevirirlər. Romantik kişiləri sevir, onlar üçün əla həyat yoldaşı və övladlarının layiqli anası olurlar.
5. Balaca sinə
Hər bir vəziyyətdən quru çıxa bilənlərdir. Onların həyat gücü yüksəkdir, optimist və enerjilidirlər. Bu qadınlar evdə ağlasalar da, evdən kənar həmişə gülərüz olurlar. Onların yüzlərlə tanışları olsalar da, əsl dostları 2-3 nəfər olur.
6. Asimmetrik sinə
Sevgidən nifrətə bir addım. Onlar əhvalları dəyişkən olur, üstəlik bu proses hər an baş verə bilər. Lakin məhz bu qadınlar yaradıcı fikirlərlə zəngin olurlar: qeyri-standart fikirlər, qeyri-adi problem həlli. Bu qadınlar hər bir vəziyyətdə bir neçə ehtimalı düşünmək qabiliyyətinə malikdirlər.
7. Ağır sinə
İdeal ev xanımları, ailə qoruyanlar, hər kəsə kömək etməyə hazırdırlar, yedizdirsin, içizdirsin, təmizləsin, yusun, geyindirsin. Onlar cavanlıqda gəzməyi sevəsələr də, ailə qurduqdan sonra bütün vaxtlarını ailəyə, övladalara ayırırlar. Əsl evdar qadındırlar.