Home / SAĞLAMLIQ  / Kişi ereksiyası

Kişi ereksiyası

Kişi ereksiyasını hansı faktorlar idarə edir? Testosteron, ereksiya, seks və penis haqqında hər şey bu yazımızda. Bilin ki, yalnız beyninizin siqnal verməsi sayəsində siz ereksiya olursunuz. Libido beynin cinsi mərkəzini qıcıqlandırır və ehtiraslanma baş tutur. Ereksiya

kişi ereksiyası

Kişi ereksiyasını hansı faktorlar idarə edir? Testosteron, ereksiya, seks və penis haqqında hər şey bu yazımızda.

Bilin ki, yalnız beyninizin siqnal verməsi sayəsində siz ereksiya olursunuz. Libido beynin cinsi mərkəzini qıcıqlandırır və ehtiraslanma baş tutur.

Ereksiya necə baş verir

Ürək döyüntüləri yüksəlir, təzyiq qalxır. Yalnız bunlardan sonra bel sütunu vasitəsi ilə ereksiya baş verir. Penis qan ilə dolur, böyüyür və tam hazır olur.

Ereksiya prosesi

Ehtiraslanma, emosiyalar, cinsi əlaqə penisin başını qıcıqlandırır, sperma ifrazı başlayır, eakulyasiya olur və sonra orqazm yaşanır. Hər bir etap çox vacibdir. Birində problem yaranarsa dərhal cinsi disfunksiya, zəif ereksiya baş verir.

Daim hazır olmaq üçün vasitələr

Sevgi tanrısının, “Afrodita”nın şərəfinə “afrodiziak” sözü düşünülmüşdür. Bura bir çox vitaminlər və jenshen daxildir. Həmçinin ehtiras gətirən məhsullar arasında lider olan qara şokolad və kofe içkiləridir. Ən yaxşı vasitə yohimbe ağacının qabığıdır ki, bu ağac Afrika qitəsində bitir.

Orqanın idarə edilməsi

Penis nadir orqanlardandır ki, onu insan özü idarə edə bilmir. Beləki, penisin üzərindəki əzələlər sinir sistemindən gələn siqnallarla idarə olunur. Bu səbəbdən kişilər bəzən çox “pis” vəziyyətə düşə bilirlər.

Orqanın quruluşu

Penisin içində iki mağaralı cism və onların divarlarında əzələlər var. Sakit vaxtda əzələlərin fəaliyyəti zəif olur. Qan dövranı az olsa da olur. Lakin vaxtı gələndə qan axını artır, əzələlər boşalır, “mağaralar” qan ilə dolur və ereksiya baş tutur. Ehtiras keçən kimi əzələlər yenidən kiçilir və qanı geri qaytarır.

Ereksiya və yaş

İlk müşahidələr 5-6 yaşlarda başlayır ki, bu seksual emosiyalar ilə əlaqəli olmur. Sonradan cinsi inkişaf zamanı belə hallar tezləşir. Ereksiya pik nöqtəsinə 20 yaşda çatır. Bundan sonra enmə prosesi müşahidə olunur, lakin ereksiyanın tamamilə yox olması müxtəlif yaşlarda ola bilər. Kimlərsə artıq 40 yaşında itirirsə, kimlərsə 90 yaşında hələ də istifadə edə bilir.

Ereksiyaya mənfi təsir

Əgər 40 yaşında heç kimə lazım olmayan penisə sahib olmaq istəmirsiniz isə, alkoqol içkilərdən uzaq durun. Narkotik barəsində heç danışmağa belə dəyməz. Həmçinin kişi ereksiyası üçün şəkər diabeti, prostatit, hormonal disfunksiya, damar sklerozu təhlükəlidir. Müxtəlif güclü stres, depressiya, həyacan da ereksiyanın yaxşılaşdırmır.

Əgər siz cinsi əlaqə zamanı ereksiya problemləri ilə üzləşmisiniz isə, qorxulu deyil, sadəcə ya çox ehtiraslanmısınız, ya da ön sevişmə çox uzun çəkib.

Balansı qorumağa çalışın. Seksiz uzun müddət qalmaq, həmçinin hər gün seks ilə də məşğul olmaq ereksiyaya mənfi təsir göstərə bilər. Ortalama hər bir kişi 30 yaşında maksimum həftədə 3 dəfə, minimum iki həftdədə 1 dəfə seks ilə məşğul olmalıdır.

Baxmayaraq ki, ereksiya 30 yaşında zəifləyir, hormon ifrazına bu heç də təsir etmir və ata olmaq imkanı bu yaşda pik nöqtəsində olur. Lakin hormonal disfunksiya başdan varsa bu ereksiyada da problemlər yarada bilər.

Sonunda fiziki yüklənmə. Burada da balansı saxlamaq lazımdır. Bəzən sağlam və yaraşıqlı olmaq istəyi ereksiya pozğunluqlarına gətirib çıxarda bilər. Mütləq şəkildə bədən istirahət etməlidir.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın