İdmançılar niyə kreatin qəbul edirlər
Kreatin - ən universal idman qidalarından biridir. Onun ilə çəki artırmaq, əzələləri enerji ilə qidalandırmaq və sair olar. Marafonçular Kreatin sizə 42 km qaçmağa kömək etməyəcək. Lakin Tayvan alimləri müəyyənləşdiriblər ki, kreatin qəbul edən marafonçular daha tez
Kreatin – ən universal idman qidalarından biridir. Onun ilə çəki artırmaq, əzələləri enerji ilə qidalandırmaq və sair olar.
Marafonçular
Kreatin sizə 42 km qaçmağa kömək etməyəcək. Lakin Tayvan alimləri müəyyənləşdiriblər ki, kreatin qəbul edən marafonçular daha tez bərpa olunurlar.
Ağıratletlər
Kreatin – enerji mənbəyidir, onun köməyi ilə ağıratletlər qaldırdıqları çəkini yanaşmada artıra bilirlər. Gərgin olan miofibrillər daha da dartınır və əzələlər böyüyür.
Sprinterlər
Start sürəti, sürətlənmək, hərəkətlilik – bunlar hamısı enerji və əzələ qlikogeni tələb edəndirlər. Bu ehtiyyatlar isə kreatinin köməyi ilə artır.
Kreatin ilə zəngin olan məhsullar:
Siyənək balığı (сельдь) – 10 mq/q
Mal əti – 4,5 mq/q;
Qızılbalıq (лосось) – 4,5 mq/q;
Tuna balığı (тунец) – 4 mq/q;
Treska balığı (треска) – 3 mq/q.
Kreatin seçimi
Monohidrat kreatini – ən sınanmış variantdır, onun effektivliyi 600 araşdırma ilə təsdiqlənib. Digər şişirdilmiş adlar sadəcə marketinqdir. Kreatini daha yaxşı olar ki, toz şəklində və ya adi dərman şəklində qəbul edəsiniz. Maye və kapsul kreatinlərə üstünlük verməyin.
Su
Kreatin suyu orqanizmdə saxlaya bilir. Bu qlikogenin yığılması nəticəsində baş verir. Böyük dozalarda kreatin yalnız ağıratletlərə məsləhət görülür. Sprinter, futbolçu və digər “yüngülatletlərə” gündəlik normanı aşmamaq məsləhətdir. Əks təqdirdə artıq çəki və oynaq zədələri qaçılmaz ola bilər.
Böyrəklər
Bir çoxları kreatinin böyrəyə ziyanının olduğunu düşünür. Narahat olmayın: gündəlik 2-20 qram kreatin sizin sidik ifrazı sisteminizə mənfi təsir göstərməyəcək. Lakin böyrəklərinizdə problem varsa, həkim ilə məsləhətləşmək yaxşı olardı.
Norma
Kreatinin norması – 2-20 qram gün ərzidə. Yaxşı olar ki, gündə sadəcə 3-5 qram qəbul edəsiniz. Qəbul zamanı çoxlu su için, çünki kreatin bütün orqanizminizdən suyu özünə çəkəcək. Kreatini həmçinin yemək ilə qəbul etmək məsləhət olunur. Belə o, daha yaxşı həzm olunur. Qəbul müddəti – 4-6 həftə, fasilə – 8-10 həftə olmalıdır.