Antigörkəm: qadınları uzaqlaşdıran səhvlər
Qadınları necə uzaqlaşdırmaq olar? İdman şalvarı ilə iti uclu klassik ayaqqabı və ya şəp-şəp ilə corab geyinin və sair. Səhvlərin ümumi siyahısı aşağıda verilmişdir. Pəncəyin üstündən gödəkçə (kurtka) Pəncəyin ətəyi gödəkçənin altından çıxır? Təbrik edirəm siz artıq "bioloqa"
Qadınları necə uzaqlaşdırmaq olar? İdman şalvarı ilə iti uclu klassik ayaqqabı və ya şəp-şəp ilə corab geyinin və sair. Səhvlərin ümumi siyahısı aşağıda verilmişdir.
Pəncəyin üstündən gödəkçə (kurtka)
Pəncəyin ətəyi gödəkçənin altından çıxır? Təbrik edirəm siz artıq “bioloqa” oxşayırsınız.
Qara kostyumun altına ağ corab
Corablar şalvarınızın rəngi və ya bir ton tünd rəngdə olmalıdır. İstənilən halda ağ yox.
Beli hündür şalvar
Belələrini uşaqlıqda altdan olan kolqotka görsənməsin deyə geyinirlər.
Şəp-şəpi + corab
Bu iyrənc vərdişdən qurtulun!
Klassik ayaqqabı + idman şalvarı
“Lotu” görkəmi heç də qadınları cəlb etmir!
Qarınlı bədənə dar t-shirt
Müasir dünyada dar geyimlər dəbdədir. Lakin az da olsa idman bədən quruluşuna malik olmaq lazımdır ki, mənasız görsənməyəsiniz.
Çəhrayı geyim
Köynək, t-shirt, şalvar, pəncək. Bu heç də kişi rəngi deyil. Onunla biraz ehtiyatlı olmaq lazımdır. Əgər düzgün kombinasiya etməsəniz, heç də cəlbedici olmayacaqsınız.
Olimpiya şortları alt paltarsız
Kişi bu şortlarda çox “iyrənc” görsənir. Beləki, bütün “orqanınız” və onun “dostları” üzdə qalır.
Genişlənmiş ciblər
Ciblər genişlənməsin deyə qadınlar böyük və ağır çantalar daşıyırlar. Kişilər üçün də müxtəlif əl, çiyin və bel çantaları var. Onların içində pul qabınızı, telefon, eynək və sair əşyalarınızı daşıya bilərsiniz.
Ailə tumanları yüngül şalvarın altından
Yüngül yay parçaları tumanınızın bütün siluetini üzə çıxarda bilər. Xüsusən də əgər bu tumanlar yuxarıda yığışıbsa, görkəminiz yerlə bir olacaq.
Ağ geyim altından rəngli alt paltarı
Yəni ağ köynək altından rəngli atlet (mayka) və ya eyni ilə ağ şalvar altından rəngli tuman . Geyinsəniz hamı biləcək ki, sizin alt tumanınızda hansı multfilm qəhramanının şəkli var.