Vəhşi cəmiyyətdə sağ qalmağın 10 qaydası
Satqın, ayağınızın altını qazan, kürəkdən zərbə vuranların dövründə yaşayırıq. Bəs bu cəmiyyətdə necə sağ qalmaq olar? İDOL.AZ bu suala cavab verməyə çalışır: Satqınlığı bağışlamayın Satqınlığı heç bir zaman bağışlamayın. İstənilən satqınlıq daha yaxşı olanın axtarışıdır. Daha yaxşı və
Satqın, ayağınızın altını qazan, kürəkdən zərbə vuranların dövründə yaşayırıq. Bəs bu cəmiyyətdə necə sağ qalmaq olar?
İDOL.AZ bu suala cavab verməyə çalışır:
Satqınlığı bağışlamayın
Satqınlığı heç bir zaman bağışlamayın. İstənilən satqınlıq daha yaxşı olanın axtarışıdır. Daha yaxşı və çox şey istəyənlər əlində olanlara dəyər verməyəcəklər.
İnsanlara münasibət
İnsanlara necə istəyirsiniz elə də davranın… Yadınızda saxlayın əksər insanlar sizə sizin davrandığınız kimi davranmayacaq.
Başqaların fikirləri
Başqaların fikirləri sizin üçün maraqlı olmamalıdır. Hətta geyim seçdiyiniz vaxt. Necə istəyirsiniz elə də geyinin, maraqlı olmasın.
Gələcək planlarınız barədə susun
Hər kəsin hər şeyi bilməsi vacib deyil. Heç bir zaman xırda planlarınızı belə, ehtiyac yoxdursa deməyin.
Dostlar haqqında
Dostların olmaması faciə deyil. Faciə o dur ki, olan dostlar yalançı və satqın olsunlar.
Siz lazımsınızmı?
Heç bir insana özünüzü zorla “soxuşdurmayın” və kimə lazım olub olmadığınızı biləcəksiniz.
Kimi həqiqətən sevirsiniz
Əgər siz iki qadını sevirsiniz isə, ikincini seçin. Əgər birinci qadını həqiqətən sevsəydiniz, ikinciyə vurulmazdız.
Səbr və bağışlamaq
Adətən çoxlu səbr edən və tez-tez bağışlayan insanlar anidən və həmişəlik gedirlər.
Arzunuz olsun + məqsəd
İnsan 80% sudan ibarətdir. Əgər insnanın bir arzusu və ya məqsədi yoxdursa, o sadəcə şaquli gölməçədir.
Rədd etməyin
Sizinlə olmaq istəyən insanları rədd etməyin. Bəlkə də məhz onlar sonda sizin yanınızda qalacaq yeganə insanlardır.