Home / SAĞLAMLIQ  / Vitaminlər haqqında bunları bilməlisiniz

Vitaminlər haqqında bunları bilməlisiniz

Vitaminlər orqanizm tərəfindən ifraz olunmayan, normal həyatın davam etdirilməsi üçün lazımlı olan və müxtəlif qida maddələri içində təbii olaraq olan orqanik maddələrdir. Enerji verən maddələr olmamasına baxmayaraq, enerji verən maddələrin orqanizm tərəfindən istifadə edilməsini və orqanizmin

vitaminlər haqqında

Vitaminlər orqanizm tərəfindən ifraz olunmayan, normal həyatın davam etdirilməsi üçün lazımlı olan və müxtəlif qida maddələri içində təbii olaraq olan orqanik maddələrdir.

Enerji verən maddələr olmamasına baxmayaraq, enerji verən maddələrin orqanizm tərəfindən istifadə edilməsini və orqanizmin həyati fəaliyyətlərini təmin edən ara maddələrdir.

Vitaminlər bu səbəbdən:
1. Enerji meydana gəlməsinə köməkçi olurlar;
2. Həzm və sinir sisteminin nizamlı işini təmin edirlər;
3. Əzələlərin sıxılma və inkişaf proseslərində faydalı olurlar.

Vitaminlərin çatışmamazlığı isə müxtəlif xəstəlik və funksiya pozuntularına səbəb olur.

Vitamin növləri:

1. Suda əriyənlər: B, C və P vitaminləri;
2. Yağda əriyənlər: A, D, E və K vitaminləri.

Suda əriyən vitaminlər, bədəndə yığıla bilmədiyindən, gündəlik olaraq mütləq qəbul edilməlidir.

Yağda əriyən vitaminlər, bədəndə yığıla bildiklərinə görə gündəlik qəbul tələb etmirlər. Əksinə ifrat nəticəsində zərər verə bilərlər.

Vitamin xüsusiyyətləri

C vitamini – askorbin turşusu
Bir çox yeməkdə və xüsusilə yaşıl tərəvəz və meyvələrdə olur. Xüsusilə, fiziki fəaliyyət, bədən inkişaf etdirmə, fitness növü ilə meşqul olanlar üçün əhəmiyyətli bir vitamindir. Toxuma istehsalında, amin turşusu mübadiləsində və hormonal fəaliyyətlərdə əhəmiyyətli rol oynayır. Bədənin dəmir qəbulu və istifadəsində çox böyük təsirə malikdir.

Mənfi xüsusiyyəti – qanamalara, hormon natarazlıqlarına, qan azlığına və sümük xəstəliklərinə yol açır. İfrat qəbulu isə böyrək daşı və şiş meydana gəlməsinə səbəb olur.

B vitamini
8 növ B vitamini var. Ən əhəmiyyətliləri bunlardır:

B1 vitamini – tiamin
Tərləmə, karbonhidrat istehlakı, ferment fəaliyyətlərinə təsir və nizamlar. Xüsusilə karbohidratların enerjiyə çevrilməsindən əhəmiyyətli rol oynayır.

B2 vitamini – riboflavin
Enerji istifadəsinin artdığı hallarda təsirli və lazımlıdır. İnkişaf fəaliyyətlərində də əhəmiyyətli rolu var.

B3 vitamini – niacin
Enerji ilə təmin edir, oksigen qəbulunda və zülalın meydana gəlməsində təsirlidir.

B6 vitamini – pridoksin
Sinir sistemi, dəri və əzələ meydana gəlməsində təsirlidir. Zülal qəbulunun artması halında, orqanizm daha çox B6 vitamininə ehtiyacı olduğundan, güc idmanları və bədən inkişaf etdirmə ilə məşğul olanlara kafi dozada qəbul edilməsi tələb olunur. Yuxuya da köməkçi olur.

B12 vitamini
Bodibilderlərin, xüsusilə yarış əvvəli ehtiyac duyduğu vitamindir. Ancaq çox qəbulu bədəndə heç bir müsbət hala səbəb olmur.

E vitamini – tokopherol
Çox xüsusiyyətli bir vitamindir. Cinsi orqanın fəaliyyətində, qaraciyər funksiyalarının nizamlı işləməsində və əzələ inkişafının normal olmasında təsirə malikdir.

E vitamini, damarlı bitkilərin qabıqlarında, soyada və yağlarda olur. Həddindən artıq qəbul edildiyində, əzələlərdə gücsüzlük və yorğunluq yaradır və kansoregen inkişafı qızışdırar.

Məcid İskəndərov

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın