Home / QİDA  / Ləzzətli sucuqlu və yumurtalı pide

Ləzzətli sucuqlu və yumurtalı pide

Yemək tərifləri arasında ən çox oxunan yemək təriflərindən biri olan “sucuqlu və yumurtalı pide” tərifini sizlərə təqdim edirik. Sucuqlu və yumurtalı pide üçün lazım olan ərzaqlar: 1,5 stəkanı su, 1 su stəkanı süd və ya ayran,

pide

Yemək tərifləri arasında ən çox oxunan yemək təriflərindən biri olan “sucuqlu və yumurtalı pide” tərifini sizlərə təqdim edirik.

Sucuqlu və yumurtalı pide üçün lazım olan ərzaqlar: 1,5 stəkanı su, 1 su stəkanı süd və ya ayran, 1 yemək qaşığı (təpəsiz) quru maya, 1 çay qaşığı şəkər tozu, 1 çay qaşığı duz, 2 yemək qaşığı zeytun yağı, 5-5,5 su stəkanı qədər un, sucuq, holland pendiri, yumurta.

Sucuqlu və yumurtalı pidenin hazırlanma qaydası:

1. Xəmir üçün olan ərzaqlardan istifadə edərək yumşaq bir xəmir hazırlayın.
2. Üzərini örtüb mayalanmaya buraxın.
3. Mayalanan xəmirdən iri portağal böyüklüyündə parçalar ayırın.
4. 1 sm qalınlığında böyük ölçüdə kündələri açın.
5. Kənar qisimlərə holland pendiri dilimləri yerləşdirib, xəmirin kənarlarını içə doğru qatlayın.
6. Ortada qalan boşluğa holland pendiri rəndəsi döşəyin.
7. Kənarlara sucuq dilimləri düzün.
8. Tam ortaya da bir ədəd yumurta qırın.
9. Kənar hissələrə yumurta sarısı sürtün.
10. Əvvəldən 22 dərəcəyə qədər isidilmiş sobada üzəri qızarana qədər bişirin.
11. Soyutmadan nuş edin.

Məlumat üçün deyək ki, pide qalın olmadığı üçün tez bişir və içi xəmir qalmır. Siz sobanıza görə istiliyi təyin edə bilərsiniz.(1001dad.com)

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın