Home / QİDA  / Niyə qarabaşaqdan çox istifadə etməliyik?

Niyə qarabaşaqdan çox istifadə etməliyik?

Siz hələ də qarabaşaq yemirsiniz? O zaman biz sizlərə qarabaşağın 5 müsbət tərəflərini açıqlayırıq. Az qala əti əvəz edir Qarabaşaqda ətdə olduğu qədər aminoturşular var ki, onu az qala ətin əvəzi hesab edirlər. Şəkəri tarazlaşdırır Qarabaşaq qanda şəkəri tarazlaşdırır.

qarabaşaq

Siz hələ də qarabaşaq yemirsiniz? O zaman biz sizlərə qarabaşağın 5 müsbət tərəflərini açıqlayırıq.

Az qala əti əvəz edir

Qarabaşaqda ətdə olduğu qədər aminoturşular var ki, onu az qala ətin əvəzi hesab edirlər.

Şəkəri tarazlaşdırır

Qarabaşaq qanda şəkəri tarazlaşdırır. Onu yedikdən sonra şəkər qanda digər qidalara nisbətən daha yavaş yüksəlir.

Fol turşusu

Qarabaşaq fol turşusu ilə zəngindir. Bu maddə orqanizmi xarici mənfi faktorlardan qorumaq qabiliyyətinə malikdir.

GMO-suzdur

Qarabaşaq həmçinin GMO olmaması ilə də xeyirlidir. Beləki, bu məhsul az qala yeganə məhsuldur ki, alimlər onun üçün heç bir kimyavi qarışım hazırlaya bilməyiblər. Qarabaşağın kimyaya ehtiyacı yoxdur və həşaratlar ilə özü mübarizə aparır.

“Antixərçəng”

Qarabaşağın tərkibində yüksək miqdarda olan flavanoidlər müxtəlif onkoloji şişlərin inkişafına maneə olur. Həmçinin qarabaşaq:

tromboz riskini azaldır;
damarları pis xolesterindən təmizləyir;
ürək-damar nasazlığının inkişafının qarşısını alır.

Bəli, qarabaşaq Allahın insanlara bəxş etdiyi bir möcüzədir. Yeyin və nuş edin!

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın