Home / XƏBƏRLƏR  / Joze Mourinyo qatıldığı bir tədbirdə alqışalayiq addım atıb

Joze Mourinyo qatıldığı bir tədbirdə alqışalayiq addım atıb

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo dünən UNİCEF-in təşkilatçılığı ilə baş tutan əlil və uşaqlara hədiyyə gecəsində etdiyi hərəkətlə alqış qazanıb. Portuqaliyalı çalışdırıcı, "mançester Yunayted"ə gəldiyi gün Old Trafforda geyindiyi ayaqqabı və şalın satışından əldə etdiyi

jose mourinho

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo dünən UNİCEF-in təşkilatçılığı ilə baş tutan əlil və uşaqlara hədiyyə gecəsində etdiyi hərəkətlə alqış qazanıb.

Portuqaliyalı çalışdırıcı, “mançester Yunayted”ə gəldiyi gün Old Trafforda geyindiyi ayaqqabı və şalın satışından əldə etdiyi gəliri uşaqlara bağışlamaqla kifayətlənmədi. Tədbirin sonuna yaxın “Qırmızı Şeytanlar”ın çalışdırıcısı 18 min avro dəyərindəki saatını da ortaya qoymaqla hər kəsi təəccübləndirdi.

Mourinyo bununla da saatın dəyəri ilə birlikdə uşaqlara ümumilikdə 35 min avroluq yardım etmiş oldu.(sport7.az)

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın