2016-cı ilin ən seksual qadınları
Britaniyanın GQ kişi jurnalı 2016-cı il dünyanın ən seksual qadınlarının siyahısını təqdim edib. Siyahıda yer alan bu 7 gözəlçə bu il jurnalın "üzünü" bəzəyiblər. 1. Hannan Devis 26 yaşlı mavi gözlü gözəl İrina Şeyk və Keyt Apton
Britaniyanın GQ kişi jurnalı 2016-cı il dünyanın ən seksual qadınlarının siyahısını təqdim edib. Siyahıda yer alan bu 7 gözəlçə bu il jurnalın “üzünü” bəzəyiblər.
1. Hannan Devis
26 yaşlı mavi gözlü gözəl İrina Şeyk və Keyt Apton kimi modellərə meydan oxuyur. Çimərlik geyimlərində kameralar qarşısına keçən Hannan uzun illər Sports Illustrated jurnalı ilə əməkdaşlıq edib.
2. Alessandra Ambrosio
35 yaşlı Braziliya modeli Victoria’s secret brendinin “mələkləri”ndəndir. İki uşaq anası olan Ambrosio dünyanın ən bahalı modelləri siyahısında yer alır.
3. Selena Qomes
Castin Biberin eks sevgilisi 24 yaşlı pop-diva oxumaqla yanaşı filmlərə də çəkilir.
4. Kim Kardaşyan
Erməni əsilli amerikalı porno model ikinci uşağını dünyaya gətirdikdən sonra 30 kilo arıqlaya bilib. Artıq Kim yenidən çimərliklərin “şahzadəsi” olmağa tələsir. Kim instagram səhifəsində 82 milyon izləyiciyə sahibdir.
5. Ana de Armas
28 yaşlı aktrisa ispan və kolumbiya qanlarının qarışığıdır. Madriddən Los-Ancelesa köç edib. Latin Amerikasında və digər ispan dilli ölkələrdə olduqca məşhurdur.
6. Priyanka Çorpa
Hindistanlı aktrisa və model 2000-ci ildə “Dünya Gözəli” tacını başına qoyub. Bollivud və Hollivudda bir neçə filmdə çəkilib. 32 yaşlı Çorpa hal-hazırda Los-Ancelesdə yaşayır. “Single” buraxmağa hazırlaşır.
7. Heyli Klauson
Siyahını daha bir amerikalı gözəlçə bağlayır. 20 yaşlı model Agent Provocateur brendinin üzüdür. Ekspertlər olduqca parlaq gələcəyi olacağını bildirirlər.